
Artıq Lada avtomobillərinin də yeni dizayn və görünüşü olacaq. Voljskiy avotomobil zavodu bugün Moskvada açılan avtosalonda yeni Lada təqdim edib. Zavod bildirmək istiyir ki, artıq onlar təkər üzərində polad karobka buraxmaq istəmirlər və yeni Lada-nın konseptini təqdim ediblər.
Yeni avtomobilə dizayn vermək üçün 4 il Volvo şirkətinin dizayneri olmuş, həmçinin əvvəllər Mercedes-Benz şirkətinin dizayneri olmuş (Maybach, S-klass, Ml avtomobillərinin dizaynında onun əli var) Stiv Mattin zavoda dizayner kimi götürülüb.



