Britaniya şirkəti olan McLaren Automotive Cenevrədə keçirilən avtomobil sərgisində Superkar P1 təqdim etdi. İstehsalçının bildirdiyinə görə bu avtomobil dünyada ən yaxşı avtomobildir, çünki onu həm şossedə həm də yarış meydançalarında rahatlıqla sürmək olur. Avtomobil məhdud sayda istehsal olunacaq, cəmi 375 ədəd, qiyməti isə 1.3 milyon dollar olacaq.
Yeni McLaren P1 hibrid mühərriyə malikdir: V8 silindirli 3.8 litrlik mühərrik və elektromühərrik. Mühərriyin ümumi at gücü 903-dür. 100 km/saat sürətinə 2.5 saniyəyə çatır. Maksimal sürəti isə 350 km/s.