2 iyunda Moskvada 11-ci reto avtomobil rallisi keçirilib (L.U.C CHOPARD CLASSIC WEEKEND RALLY). Rallidə 73 retro avtomobil iştirak etdi. Bunların içində ən çox diqqət çəkən dünyanın ilk elektro-mobili olan, 1913-cü il istehsallı Waverly Electric avtomobili olub.
L.U.C Chopard Classic Weekend Rally Moskvada 2003-cü ildən Chopard (saat istehsalı ilə məşğuldur, red.) şirkətinin dəstəyi ilə həyata keçirilir. Bu şirkət 2010-cu ildə 150 illik yubileyini qeyd etdi. Bu ilki rallinin açılışına hər il olduğu kimi şirkətin vitse-prezidenti Karl Fridrix Şoyfele də təyyarə ilə təşrif buyurub və yürüşdə də iştirak edib.