Rolls-Royce Kupe Wraith [avto]

0
792

rolls-royce-wraith

Rolls-Royce şirkəti Cenevrədə keçirilən avtomobil sərgisində markanın tarixində ən güclü avtomobil – 4 oturacaqlı kupe Wraith modeilini təqdim etdi.

Rolls-Royce Wraith modelinin platforması sedan Ghost üzərində qurulub və bu “qohumundan” ölçülərinə görə çox da fərqlənmir. İstehsalçının nümayəndələri bildiriblər ki, kupenin sərnişinləri özlərini sedanda olduğu kimi rahat hiss edəcəklər.

Avtomobilə ZF 8 pilləli avtomat ötürmə qutusu olan V12 mühərriyi quraşdırılıb. Bu mühərriyin at gücü 624-dür və saatda 100 km-i 4,4 saniyəyə yığır.

 Salon Canadel Panelling stilində dəri və təbii taxta ilə bəzənib. Tavana ulduzlu səma da quraşdırıla bilər. (şəkillərə diqqət edin)

Avropada Rolls-Royce Wraith 245 000 avroya satılacaq. İlk modellər bu ilin 4-cü kvartalında alıcılarına çatdırılacaq.

000-rolls-royce-wraith 002-rolls-royce-wraith 003-rolls-royce-wraith 004-rolls-royce-wraith 005-rolls-royce-wraith 006-rolls-royce-wraith 007-rolls-royce-wraith 008-rolls-royce-wraith 009-rolls-royce-wraith 010-rolls-royce-wraith 011-rolls-royce-wraith 012-rolls-royce-wraith 013-rolls-royce-wraith 014-rolls-royce-wraith 015-rolls-royce-wraith 016-rolls-royce-wraith

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN