Yeni Range Rover 2014 [avto]

0
1845

Range Rover Autobiography Black (1)

Jaguar Land Rover şirkəti uzadılmış yeni Range Rover və Range Rover Autobiography Black komplekasiyasını təqdim edib. Arxa oturacaqda oturan sərnişinlər üçün ayaq uzatmaq məsafəsi 140 mm uzadılıb, arxa oturacaqların isə arxaya əyilmə dərəcəsi 17-yə çatdırılıb, bu da klassik modeldən 8 dərəcə çoxdur.

Range Rover Autobiography Black modelinin təqdimetmə mərasimi noyabr ayında Dubayda keçiriləcək avto-sərgidə baş tutacaqdır. Eksklüziv komplektasiya özündə yüksək keyfiyyət və komfortu birləşdirməklə yanaşı, eleqant xarici görünüşü də gözəldir. Super interyerə malik uzadılmış Range Rover premium cəngəllik avtomobillərinin sırasını dolduracaq.

Range Rover Autobiography Black (2)

Range Rover Autobiography Black komplektasiyası Land Rover-dən möhtəşəm təklifdir. Bu komplektasiya alıcılara super dizayn, eleqant işləmələr və daxili mühitin gözəl təşkilatını təklif edir. Sərnişinlərin rahatlığını Executive Class oturacaqları təmin edir. Daxili mühiti maksimal böyütməyə Passenger Seat Away funksiyası kömək edir. Əlavə rahatlıqlar üçün standart komplektasiyaya avtomatlaşdırlmış yan pərdələr və panoram şüşə tavan da daxil edilib.

Range Rover Autobiography Black (3)

Range Rover Autobiography Black yenilənmiş radiator barmaqlığı və yan hava ötürücülər, həmçinin xrom və qara mina ilə örtülmüş emblemlə təchiz edilib. Yeni model üçün 2 eksklüziv təkər diski təklif edilir: 21 və 22 dyumluq. Təkmilləşdirilmiş mərkəzi konsol uzadılmış modeldə arxada oturan sərnişinlərə yüksək rahatlıq təmin edəcək. Böyük, 10,2 dyumluq ekranlar arxa oturacağın arxasına yerləşdirilib.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN