Sızanaqdan qurtulmaq üçün maska resepti [maska]

8
11995

sizanaq

Üzdəki sızanaqlar insanı həmişə narahat edir və ən lazımsız vaxtda peyda olur. Üzdə sızanaqlar müxtəlif səbəblərdən yarana bilər, məsələn çoxlu şirniyyat, şokolad yemək, daxili problemlər və s. Bunun nə qədər xəşagəlməz olduğu hamımıza məlumdur. Ancaq bununla mübarizə aparmaq mümkünsüz deyil.

Bu problemdən köklü şəkildə canınızı qurtarmaq istəyirsinizsə, onda məsləhət budur həkimə yaxud kosmetoloqa müraciət edəsiniz.  Amma üzünüzdə sızanaqlar nadir hallarda yaranırsa, onda onunla mübarizə aparmaq ev şəraitində də mümkündür. Ən əsası bir neçə məsləhətlərə qulaq asmaqla və məsləhət gördüyümüz reseptdən istifadə etsəniz istədiyiniz nəticəyə gələ bilərsiniz. Əvvəlcə ondan başlayaq ki, əlinizi üzünüzə çalışın mümkün qədər az vurun, üzünüzdə yaranan sızanaqlara toxunmayın verəcəyim resept onu hətta  2-3 istifadəyə yoxa çıxarır. Onu hazırlamaq çox asandır, bunun üçün bizə aşağıdakılar lazımdır:

[box type=”shadow” align=”aligncenter” ]

  1. rezorsin spirti ( резецированный спирт) 40 ml – 3 ədəd
  2. streptosid (стептоцид)  – 5 ədəd
  3. levomisitin  (левомицитин) – 5 ədəd[/box]

Göstərilən dərmanlar bütün apteklərdə həkim məsləhəti olmadan satılır. Heç bir ziyanlı təsiri yoxdur dəriniz üçün.

Streptosid ve Levomisitinin hərəsindən 5 dənə götürüb qabda yaxşıca əzib toz halına gətiririk, üzərinə rezorsin spirti tökürük. Qeyd etdiyimiz kimi 40 ml-lik şüşədən 3 ədəd olmaqla umumilikdə 120-150 ml-ə qədər ola bilər.

Hamısını birlikdə qarışdırıb bir müddət saxlamaq lazımdır. Çalışın ki qarışığı ağzı kip qabda saxlayasınız çünki spirt uçub gedə bilər.

Bir müddətdən sonra ondan istifadə edə bilərsiniz. Xatırladim ki, həmin qarışığı ancaq sızanağın üstünə vurmalısınız.

Məsləhət görülür ki, axşam yatmamışdan qabaq pambıqla üzünüzə çəkəsiniz. Artıq səhər onun effektini öz üznüzdə görəcəksiniz.

Bu sınanmış bir reseptdir və hər zaman istifadə edə bilərsiniz.

Gözəl və qüsursuz olmaq öz əlimizdədir çalışaq gözəl görsənək Əziz Xanımlar…

8 ŞƏRH

  1. Salam dostlar menim 14 yasim var menim uzumde sizanaqlar cixir ve menim bundan hec xosum gelmir deye onlari basiram onlarin ise lekesi qalir.Men indi sizlerden cox xais edirem ki, kimin mene komekliyi deye biler.
    MENE KOMEK EDIN XAIS EDIREMMMMMMMMMMMMM
    INDIDEN HER KESE TESEKKUR EDIREM…..!

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here