Quru və normal saçlar üçün maskalar
Çörək maskası
– Qara çörəyin içini 2 saatlıq qaynar suda islat. Alınmış horranı saçlarının dibinə sürt və 1 saat gözlə. Sonra isə saçları axar suyun altında yu.
Bal maskası
– 1 xörək qaşığı bal xörək qaşığı aloye şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdır. Alınmış qarışığı saçlarna sürt və 20 dəqiqə gözlə. Sonra saçlarını şampunla yu.
Yumurta: 2 ədəd yumurtanı çal, saçlarını ilıq (isti yox) su ilə islat və qarışığı sürt. 5-7 dəqiqədən sonra saçlarını şampunla yu.
Nəticə: Saçlar daha yumşaq və parlaq olur.
Araq: saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni proporsiyada götür və saçlarını yu.
[divider]
Yağlı saçlar üçün maska
Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır, saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin çatışmayan cəhəti – qoxudur. Amma nə etmək olar; gözəllik qurban tələb edir.
– Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çək. Sonra başı polietilen papaq və dəsmalla ört. Yarım saatdan sonra saçları yu.
Yoğurt/kefir/qatıq
Yağlı saçlar üçün xeyirlidir, saçdakı kəpəyi aradan götürür. Yuxarıda göstərilənlərdən birini bir neçə saatlıq saça sürt. Sonra isə şampunla yu.
[divider]
Bütün saç növləri üçün maskalar
– Ortaölçülu qara turpu sürtkəcdən keçir. Şirəni süz və saçlarına sürt. Onları dəsmalla ört və 30-40 dəqiqə gözlə. Sonra saçlarını şampunla yu. Nəticə özünü çox gözlətməyəcək. Sınanılıb!
Saçları qalın və hamar edən maska
Eyni proporsiyada aşağıdakı komponentləri qarışdır:
– Bal
– Konyak
– Zeytun yağı
Maska saça 10 gündə bir dəfə çəkilir. Qarışığı saçlara yaxşıca sürt, başı polietilen papaqla və dəsmalla bağla. 1,5-2 saat gözlə.Daha sonra saçları şampunla yu. Ən sonda isə saçları ilıq suya əlavə edilmiş limon turşusu ilə yaxala. Uzunmüddətli maska olsa da, nəticə ürəkaçan olacaq. Saçlar qalın və hamar görünəcək.
[divider]
Zədələnmiş saçlar üçün maska
– Eyni miqdarda götürülmüş badam, gənəgərçək və zeytun yağını qarışdır.
Hər 50 ml qarışığa 1 xörək qaşığı yağ şəklində olan E vitamini əlavə et. Hamısını yaxşıca qarışdır və lap az yuyulmuş saça sürt.
Maskanı 3-5 saat saxla, sonra isə şampunla yu. Sonda, saçlarını limon şirəsi ilə yaxala.
– Daha bir yaxşı üsul – ayıpəncəsi və gənəgərçək yağı (eyni proporsiyada) üzərinə 2 çay qaşığı limon şirəsini əlavə et.