Əməliyyat sistemi haqqında anlayış

0
1605

emeliyyat sistemiƏməliyyat sistemi (en. Operating System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələrin idarə olunmasıni təmin edən proqramlar toplusundan ibarətdir. Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o, digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir. Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır.

Əsas funksiyalar:

  • Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi,
  • Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilmasi,
  • Kompüterin əməli yaddaşının idarə edilməsi,
  • Kompüterin sabit yaddaşının idarə edilməsi,
  • İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması.

Əlavə funksiyalar:

  • Bir neçə əməliyyatın parallel olaraq yernə yətirilməsi,
  • Prosesslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması,
  • Kompüterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması(şəbəkə),
  • Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması.
  • Qoşulmaların idarə edilməsi

Əməliyyat sistemlərinin təsnifatı

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:

  • sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
  • sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
  • prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
  • prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli;
  • interfeysin tipinə görə: əmrli və obyektyönlü;
  • informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;
  • resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

Ətraflı: Wikipediyada

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN