
Şimal-Buzlu okenanının soyuq sularında, Atlantik və Sakit okeanının şimalında yaşayan bu maraqlı balıq, görənləri ilk saniyədən heyrətləndirir.

Pinaqor-un (lat. Eumicrotremus orbis) yumru sifətini gördükdə təbəssümü saxlamaq qeyri-mümkündür.

Bu balığı birinci dəfə görən insanların çoxu onu üzgəcli pinq-ponq şarına bənzədir. Bu üzgəclər o qədər balacadır ki, dəniz sərçəsinin üzmə qabiliyyətini azaldır, uzun məsafələrə səyahəti isə qeyri-mümkün edir.

Təbiəti aldatmaq olmaz, pinaqorlar uzun səyahətlər haqqındakı arzularından əl çəkiblər və özlərinə 150 metrdən dərin olmayan yerlərdə, sıx yosunluq və dəniz bitkiləri arasında, sualtı qayalar üzərində məskən salıblar.

Sinələrində olan yapışqan plastinin köməyi ilə pinaqorlar istənilən səthə yapışa bilir və uzun müddət qopmur.

Dəniz sərçələrinə demək olar ki, bütün soyuq dəniz və okeanlarda rast gəlmək olur – Aleut adaları və Berinq dənizindən Asiya sahilləri və Yaponiyanın şimalındakı ərazilərdə.

Bu balıqların ən böyük növü Sakit okean sahillərində yaşayır və 12 sm uzunluğundadır. Qalan növlərin uzunluğu isə 3 sm-dən böyük olmur.