
Fenek tülküsü (Vulpes zerda) – Şimali Afrikada, Saharada yaşayan balaca gecə tülküsüdür. Onun digər tülkülərdən fərqi yüksək temperaturu dağıtmaq funksiyasını yerinə yetirən qeyri-adi böyük qulaqlarıdır. Onun qidası həşəratlar, kiçik məməlilər və quşlardır.



