Türk anqora – pişik cinsi

0
2096
Türk Anqora Pişik cinsi
Türk Anqora Pişik cinsi

Türk anqora (Turkish Angora) – müasir Türkiyə ərazisində formalaşan ən qədim ev pişik cinslərindən biridir. Cinsin adı Türkiyənin paytaxtı Ankara şəhərinin adından götürülüb. Deyirlər ki, uzun tük (saç, kürk) geninin formalaşması Qafqaz regionunda başlamış və bu da türk anqorasında özünü biruzə vermişdir. Uzuntüklü anqora pişikləri zaman ötdükcə Böyük İpək yolu vasitəsilə Kiçik Asiya, İran, Tibet, Hindistan və digər ölkələrə yayılmışdır.

 

Tarixi:

1614-1626-cı illərdə italyan aristokrat və səyahətçi Pietro della Valle Şərqi Avropa, Türkiyə, İran və Hindistana səyahət edən zaman bu bölgələrdə Avropa üçün xas olmayan çox yayılmış, uzuntüklü ev pişiklərinin olmasının şahidi olur. Onunla eyni dövrdə yaşamış Nicola-Claude Fabri, seigneur de Peiresc bu cinsi yaymağa başlayan ilk avropalı olmuşdur. Avropa üçün ekzotik pişik cinsi sayılan bu pişiyin ilk sahibi kardinal de Rişelye olur. XVII əsrdən başlayaraq anqora pişik cinsi Fransa artistokratiyasında, sonradan isə bütün Avropada məşhurlaşır. XVIII əsrin əvvəlində anqoralar fransız Kanada-sına aparılır və ordakı yerli pişik cinsləri ilə qarışaraq məşhur amerika pişik cinsi Meyn-kuna-nın yaranmasına səbəb olur.

Türk Anqora Pişik cinsi
Türk Anqora Pişik cinsi

1917-ci ildən başlayaraq Türkiyə hakimiyyəti öz “milli pişik cinsinin” bərpası və yayılması üçün xüsusi proqram tətbiq edir. Proqrama əsasən bütün ölkədən anqora pişikləri (və bənzər pişiklər) yığılaraq Ankara və İstanbul zooparklarına yığılır və artırılma prosesinə başlanılır. Həmin proses indi də davam edir. Zooparkda əsasən tam ağ rəngli və gözləri fərqli rənglərdə olan (əsasən bir gözü sarı, o biri gözü mavi) anqoralara üstünlük verilir.  Hal-hazırda Türkiyə əsl türk anqorası əldə edilə biləcək yeganə ölkə sayılır.

 

Xarici görünüşü:

Türk anqorası – eleqant, çox böyük olmayan və orta başlı pişik cinsidir. Çənəsi güclü, üzü orta ölçüdədir.

Avropada bu pişik cinsi çoxdan tanınsa da, müxtəlif  ölkələr və həmin ölkələrin Pişik Asosiasiyaları (beynəlxalq felionologik asosiasiyalar) bu cinsi türk anqorası kimi qəbul etmək istəmirdilər. 1960-ci ildən 1994-cü ilə qədər çəkən bir dövr ərzində dünya tədricən bu pişik cinsini rəsmən türk pişik cinsi – anqora kimi tanıdı. Təbii ki, Avropanın Türkiyəyə olan münasibətini hamı bilir və bu cinsin türk pişiyi kimi qəbul edilmək istənməməsini də onunla əlaqələndirmək olar.

Bu pişiklər Türkiyədə çox sevilir. Çünki gözlərinin fərqli rənglərdə olması onlara Atatürkü xatırladır. Müasir Türkiyə Cumhuriyyətinin banisi olan Atatürk-ün gözləri də fərqli rənglərdə olub.

 

Türk Anqora Pişik cinsi
Türk Anqora Pişik cinsi
Türk Anqora Pişik cinsi
Türk Anqora Pişik cinsi
Türk Anqora Pişik cinsi
Türk Anqora Pişik cinsi
Türk Anqora Pişik cinsi
Türk Anqora Pişik cinsi

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here