Türk van – pişik cinsi

2
2168
Türk Van Pişik cinsi
Türk Van Pişik cinsi

Türkiyə – dünyadakı ən məşhur pişik cinslərindən birinin vətənidir. Türkiyədə yerləşən Van gölü ətrafında qeyri-adi və çox gözəl bir pişik cinsi yaşayır. Bu pişik milli sərvət sayılır və onun Türkiyə-dən kənara çıxarılması qəti-qadağandır.

Türkiyədə pişiklər demək olar ki, müqəddəs heyvan sayılır. Orada belə bir rəvayəti tez-tez danışırlar: Peyğəmbərimiz (s.a.s) pişikləri çox sevərdi. Onun sevimli pişiyi – anqora cinsindən olan pişik tez-tez onun əllərində yatardı. Bir gün pişik Peyğəmbərimiz (s.a.s)-in xalatının ətəyində yatır. Axşam namazının vaxtı çatır və Peyğəmbərimiz (s.a.s) pişiyi oyatmaqdansa xalatın ətəyini kəsməyə üstünlük verir və ətəyini kəsərək pişiyi oyatmır və namaza gedir.

Ramazan ayında hər bir türk bir evsiz pişiyi doyurmalıdır. Ona görə də deyirlər ki, Türkiyədə çöl pişiyi çoxdur.

Türk Van Pişik cinsi
Türk Van Pişik cinsi

Türk van pişiyinin əsas fərqli cəhəti gözlərinin fərqli rənglərdə olması və suda üzməyi bacarmasıdır. Bu pişiklər Van gölündə üzür və hətta suyun altından balıq da tuturlar. Həmçinin baş və quyruqlarının adətən açıq qəhvəyi rəngdə olmasıdır.

CFA-nın verdiyi məlumata görə Türk vanı “təbii cins” sayılır, yəni ev pişiklərinin “aborigen cinsi”. Qenetik araşdırmalar nəticəsində məlum oldu ki, Türk vanı dünyadakı ən qədim ev pişiklərindən biridir.

Türk Van Pişik cinsi
Türk Van Pişik cinsi

Rəsmi olaraq dünyaya Türk vanı 1955-ci ildə məlum olub. Həmin il Britaniyalı fotoqraf Sonya və jurnalist Lora Türkiyə ilə əlaqədar reportaj hazırlayırdı. Lora pişik həvəskarı idi və onları çox xoşlayırdı. Bir gün Lora çox gözəl xarici görünüşə malik bu pişikləri gördü və onlara maraq göstərdi. Nəticədə ona 2 ədəd balaca erkək və dişi pişik hədiyyə etdilər. Yolda vətənə qayıdarkən maşında çox isti olduğundan bir bulağın yanında maşını saxlayıb sərinlənmək istəyirlər. Adətən pişiklərin sudan qorxmasına öyrəşən britaniyalılar pişiklərin onlardan qabaq suya tullanıb oarada üzməsinə çox heyrətlənirlər. Bu iki pişik Britaniyaya gətirilən ilk Türk Van cins pişikləri idi. Erkək pişiyi Van Atilla, dişi pişiyi isə Van gözəli İsgəndərun adlandırırlar.

4 ildən sonra Lora yenə Türkkiyədən bu pişiklərdən gətirir. Pişiklər cütləşdikdən sonra belə xarakterik xüsusiyyətlərini saxladığından Lora belə qərara gəlir ki Türk van-ı cins pişiklərdir. Beləliklə də Türk Van-ı cins olaraq bütün dünyada tanındı və bütün pişik asosiasiyaları tərəfindən cins kimi qəbul edildi.

Türk van pişik cinsi
Türk van pişik cinsi

Türk van-ı çox iri pişikdir. Erkək pişiklər 6-9 kq, dişi pişiklər isə 4.5-6 kq olurlar.

Türk van pişik cinsi
Türk van pişik cinsi
Türk van pişik cinsi
Türk van pişik cinsi

Bu pişiklər çox bahalı pişiklərdir. Azərbaycanda olub-olmaması haqqında isə məlumatım yoxdur.

 

2 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here