Yapon bobteyl – pişik cinsi

0
1066
Yapon bobteyl
Yapon bobteyl
Yapon bobteyl – pişik cinsinin əsas xüsusiyyəti qeyri-adi, qıvrıq quyruğudur. Quyruğunun uzunluğu adətən 10-12 sm olur, amma qıvraq olduğuna görə daha çox dovşan quyruğuna bənzəyir.

 

Təxminlərdən birinə görə bu pişiklər Asiyadan 1000 il əvvəl gəliblər. 1602-ci ildə Yapon hakimiyyəti bütün bu pişik sahiblərindən tələb edib ki, onları azadlığa buraxsınlar. Çünki həmin dövrdə Yaponiyada gəmiricilər çoxalmışdı və onlar ipək qurdlarını tükətmək üzrə idilər. Pişiklərin alqı-satqısı qeyri-qanuni elan edilmişdi və nəticədə pişiklər fermalarda və küçələrdə sərbəst çoxalmağa başlamışdı.

 

Maneki-neko (cəlbedici pişik) – yapon bobteyli, əgər oturaq halda pəncəsini yuxarı qaldırıbsa bu uğur əlaməti idi. Maneki-neko-nun heykəllərini ev və mağazalarda görmək olar.

1968-ci ildə Elizabet Freret ilk dəfə olaraq ABŞ-a 3 ədəd bobteyl cinsindən olan pişik gətirdi və 1976-ci ildə bu pişik cinsi CFA-ya qəbul edildi.

Bu cinsdən olan pişiklər möhkəm və əzələli bədən quruluşu ilə fərqlənirlər. Həmçinin onlarda qabaq ayaqlar arxa ayaqlardan qısadır və oval şəklindədir. Başı bütün tərəfləri bərabər olan bir üçbucağa bənzəyir. Qulaqları önə şəklənmişdir.

 

Bu cinsdə çox nadir hallarda rast gəlinən hal da müşahidə olunur. Bu qeteroxromiya-dır, yəni gözlərinin fərqli rəngdə olmasıdır. Bu hal daha çox yapon bobteylində və türk van-larında rast gəlinir. Göz rəngi fərqli olan pişiklər daha baha qiymətləndirilir.
Yapon bobteyl
Yapon bobteyl
Yapon Bobteyl
Yapon Bobteyl
Yapon bobteyli
Yapon bobteyli
Yapon bobteyl
Yapon bobteyl
Yapon bobteyl
Yapon bobteyl

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here