2013-cü ilin maraqlı kəşfləri

0
745
2013-logo2013-də  bir çox yeni kəşflərin şahidi  olsaq da, bunlardan  bəziləri yadda qalan olub. Uçan maşınlar, nəhəng  holloqramlar və  ya  3 ölçülü fax kimi  kəşfləri ancaq elmi-qurğu filmlərində görə bilərdiksə, artıq bu kimi icadlar istehsala  hazır texnologiyalardır. Vaxt gələcək qeyri-adi və maraqlı olan bu icadlar günümüzün təlabatlarına çevriləcək  Əslində bu siyahı  uzun  olsa da, mən bir neçə ən yaxşı icadı sizə təqdim edirəm..
[divider]
1. Uçan avtomobil Terrafugiaterrafugia-uçan-avto
Terrafugia Oskosh Visconsin ( Amerika ) ilk  açıq uçuşunu nümayiş  etdirdi. Terrafugia nümayəndə heyyəti 20 dəqiqəlik  nümayiş uçuşu ilə maşının necə uçduğunu, qatlanan qanadların necə idarə olunduğunu göstəriblər. ABŞ Federal Aviasiya İdarəsi tərəfindən uçan  yüngül idman avtomobili adlandırılmış bu maşın yollarda qanuni şəkildə idarə oluna biləcək.
[divider]
2. HoloVisionholoqram
Provision 3D Media firmasının istehsal etdyi  HoloVision adlı məhsul, proyektordan şüşəyə əks etdirilən  kvazi-holloqamdan əlavə, filmlərdə gördüyümüz havada üzən holloqrafik görüntü olacaq. Xüsusilə də, yaranan görüntü təxminən  2 metr hündürlüyündə bir holloqram olduğundan evdə öz  boyumuzda bir vitual şəxsin olması həyacan verici ola bilər. Sanki elmi-qurğu filmlərindən çıxıb gəlmiş kimi görünən bu holloqram rəngli  olduğundan evinizi ayaq basmış yeni bir qonağınız olacaq.
[divider]
3. 3D fax Zeus3d-fax
3 ölçülü priniterlərə daha alışmamışkən, yeni bir Kickstarter proyekti 3 ölçülü skaner, surət çıxarma, çap, hətta  fax yazan bir aləti təqdim etdi. Yəni bu cihaz 3D fax qəbul edəbilir. 7 inç həssas ekranı sayəsində  Zeus kompyuterdən və internetdən asılı olmadan işləyə bilir.
[divider]
4. Sonte özü qaralan ekran plyonkasonte-film-5Ağıllı şüşələr evlərdə və ofislərdə istifadə olanacaq. Elektrik axımı tətbiq edildikdə şəffaf və ya qeyri-şəffaf ola bilir. Nə qədər lazımlı bir ixtira olsa da bahalı və az sayda olan bir texnolgiyadır. Bir sıra bahalı texnologiyalardan fərqli olaraq  Sonte Film yeni  yaratdığı plyonkanın köməyi ilə  mobil telefonla idarə oluna bilən naqilsiz “ağıllı şüşə plyonkası” təklif edib. Bu plyonkanın köməyi ilə istənilən şüşə “ağıllı şüşəyə” çevrilə bilər. Bir təmasla şüşəniz tündləşir və ekran pərdə funksyasını icra etməyə hazır olur.
[divider]
5. Şəffaf və elastik polimer ekranflexible-image-sensor
Johannes Kepler Universiteti Avstrya Linzden olan bir araşdırma heyyəti yeni növ görüntüləmə metodu kəşf edib. Yeni cihazda bir təbəqəlilik, düz səthlik kimi müsbət xüsusiyyətlər cəmlənib. Araşdırma heyyəti bu yeni görüntü sensorunun  dijital kameralar, medikal skanerlər ya da yeni nəsil  telefonlar, tabletlər və TV – lərdə istifadə oluna biləcəyini qeyd edirlər. Nazik qat polimer istifadə olunaraq hazırlanan bu cihazın  daxili hissəsində heç bir elektron detal istifadə olunmadığından, gələcəkdə hərəkətə həssas cihazların istehsalında bu metoddan yararlanmaq mümkün olacaq.
[divider]
6. Emopulse Smile Elastik Ekranlı Saat Telefonagilli saat
Emopulse firması  bir ağıllı  telefon istehsal etmək ərəfəsindədir. Emopulse nümayəndəsi Apple ve Samsungun buna bənzər istehsalının olacağı təqdirdə, onların məhsulunun daha keyfiyyətli olacağını söyləməsinə baxmayaraq, hələki Emopulse Smile Elastik Ekranlı Saat Telefon hələki rəqibsizdir. Bu  saat yüksək keyfiyyəti, elastik OLED ekranı və rahat menyusu ilə o qədər müasirdir ki, onu sizin qolunuzda  görənlər, sizin gələcəkdən gəldiyinizi zənn edə bilər. Saatın ekiz ekranlarını Schott su keçirməz və şoka dayanıqlı şüşədən istehsal etmək planlaşdırılır.
[divider]

7. Leap MotionLeap-motionCES -in  2013-cü  ildə  Las Vegasda təqdim olunan Leap Motion-u bədən hərəkətləriylə idarə etmək mümkündür. Eyni ilə Minority Report filmindəki kimi havada əl hərəkətləri edərək idarəetmə mümkündür. 8×2,5×1,25 sm ölçülərində olan Leap motion ilə 10 barmağın 1/100 mm həssasiyətilə idarə etmə mümkündür.
[divider]
Müəllif: Aliyə Əhmədova [asanfizika.blogspot.com]

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN