Apple yeni iPad Air təqdim etdi [hi-tech]

0
771

ipad air (5)

Apple şirkəti iPad planşetinin yeni nəslini təqdim edib. Yeni planşetin adı “iPad Air” oldu. Onu noyabr ayından əldə etmək mümkün olacaq. Alətin qiyməti 399 dollar olacaq. Təqdimetmə mərasimi San-Fransisko və Londonda eyni anda aparılıb.

Əvvəlki modellərlə müqaisədə bu model təxminən 20% yüngül düzəldilib – çəki 652 qr-dan 455 qr-a endirilib. Bundan əlavə iPad-in 5-ci nəsli əvvəlki modellərdən də nazikdir – 7,5 mm (əvvəl 9,4 mm idi). Bütün bunlara baxmayaraq ekranın ölçüsü dəyişməz qalıb – 9,7 dyum.

ipad air (2) ipad air (1) ipad air (3)

Alətdə yeni Apple A7 prosessorundan istifadə olunub, qrafikanın icrası 70 dəfə artıb.

ipad air (4)

Apple həmçinin yeni iPad-mini də təqdim edib. 7,9 dyumluq retina ekran ilə bu alət 299 dollara satılacaq.

Bugün almalı məhsul tərəfdarlarına yeni noutbuk MacBook Pro da təqdim olunub. ABŞ-da bu məhsul 1299 dollara satılacaq. Həmçinin məlum olub ki, sadə Macbook Air 1099 dollara olacaq.

Bütün bunlardan əlavə mərasimdə Mac-kompyuterlər üçün yeni əməliyyat sistemi OS X 10.9 Mavericks də təqdim olunub. Yeni əməliyyat sisteminin yenilənməsi Apple tarixində ilk dəfə olaraq pulsuz olacaq. Əvvəllər istifadəçilər yenilənmə üçün 20-30 dollar arası pul ödəməli olurdular. Yeni sistem iBooks və Maps servisi ilə təchiz olunub.

Apple-ın yeniliklərinin Bakıda nə vaxt çıxacağı məlum deyil. Məlum olan odur ki, noyabr ayının 1-i məhsullarının satışının birinci dalğasında bu alətlər Bakının dükanlarında olmayacaq.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN