BionicOpter: inanılmaz real robot-cırcırama [video]

0
952

circirama-robot

Robotexnika sahəsində çalışan mühəndislər heyvanat aləmindən hər hansı bir heyvana bənzəyən robot üzərində çalışdıqda daha gözəl ideyalar düzəldirlər. Hal-hazırda robtexnika sahəsi güclü inkişaf etməyib. Amma BionicOpter adlı cırcıramaya bənzəyən robot insanda çox güclü təəssürat yaradır.

Proyektin müəllifləri alman firması olan Festo-nun mühəndisləridir. Robot BionicOpter yalnız xarici görünüşü ilə cırcıramaya bənzəyir, maşının uzunluğu yarım metrə yaxındır. İri olmasına baxmayaraq görünüş və hərəkətlər baxımından cırcıramadır. BionicOpter simsiz kanal vasitəsilə smartfondan idarə olunur. Robotun 4 qanadı bir-birindən asılı olmayaraq hərəkət edir və öz oxu ətrafında 90 dərəcə fırlana bilir. Bu da robota havada sallanıb qalmağa imkan yaradır.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here