CES 2014: ultrazum Nikon Coolpix L830

0
860

Nikon Coolpix L830

Las-Veqasda yeni 34 dəfə yaxınlaşdıran optik zumlu Nikon Coolpix L830 fotoaparatının təqdim etmə mərasimi keçirilib. Bu zum sayəsində L830 ultrazum ailəsinə daxil edilir. Yeniliyin xüsusiyyətləri sevindiricidir, həm qiyməti də normaldır.

Rəsmi məlumatlara görə gələn ay satışa buraxılacaq bu fotoaparatın qiyməti cəmi 300 dollar (ABŞ-da) olacaq. Ultrazumun xüsusiyyətlərinə daxildir: CMOS formatlı 1/2,3 dyumluq, 16 Mp-lik matriça, obyektiv Nikkor.

Nikon Coolpix L830 fotoaparatı tək şəkil deyil, həmçinin video da çəkir. Saniyədə 30 kadr lentə ala bilən aparat Full HD keyfiyyət dəstəkləyir. Çəkisi 508 qr-dır.

Onu da qeyd edək ki, yeni fotoaparat akkumlyator vasitəsilə deyil 4 ədəd AA batareyası ilə çalışır. Aparatın ölçüləri: 111х76х91. Qiyməti isə ABŞ-da 300 dollar olacaq.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN