CES 2014: ultrazum Samsung WB2200F

0
588

Samsung WB2200F2

CES 2014 sərgisində çox sayda rəqəmsal kameralar təqdim olunub və onların hər birinin öz xüsusiyyətləri mövcuddur. Samsung WB2200F modeli də istisna deyil. Samsungun təqdim etdiyi bu kamerada CES 2014-də təqdim olunmuş bütün fotoaparatlardan daha güclü, 60 dəfə yaxınlaşdıran obyektiv quraşdırılıb.

Samsung WB2200F fotoaparatının özəyini 16,3 meqapiksellik 1/2,3 dyumluq CMOS sensor təşkil edir. Ölçüləri 119х121,8х35,5 mm, çəkisi isə 608 qramdır (batareyasız). Yeniliyin şəkil stabilizasiyası ilə təchiz olunmuş genişkünclü obyektivi 60 dəfə yaxınlaşdırma (zum) təmin edir.

Samsung WB2200F

Həmçinin Samsung WB2200F modelində 3 dyumluq LCD ekran da quraşdırılıb. Həmçinin saniyədə 30 kadr çəkən FullHD video çəkilişi də mövcuddur. Həmçinin Wi-Fi və NFC dəstəyi də var. Çəkilmiş şəkilləri xüsusi AutoShare funksiyası vasitəsilə şəbəkə yaddaş yerlərində saxlamaq olar. Həmçinin kamera vasitəsilə çəkilmiş materialları SDHC (32 Gb-a qədər) və SDXC (64 Gb-a qədər) kart yerləri vasitəsilə yaddaşda saxlamaq olar. Satışa buraxılacağı vaxt və qiyməti dəqiqləşdirilməyib.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here