Futuristik avtobus konsepti – Willie [hi-tech]

0
588

avtobus konsepti

Elektromobillərin yaranması və tətbiq edilməsi ictimai nəqliyyat vasitələri obrazının dəyişilməsinə zərurət yaradacaq. Əlbəttə ki, bu mühitdə özlərini ən yaxşı hiss edənlər ən güclü fantaziyaya sahib olan dizayner-konseptualistlərdir. Adətən onlar, kiçik elektromobillərin konseptini hazırlayırlar, amma yeni hazırlanmış avtobus konsepti çox maraqlı alınıb.

Willie adlı avtobus konseptinin müəllifi Ted Orlovskidir (Tad Orlowski). O düşünür ki, şəhər mühitini dəyişməyin tam zamanıdır. Proyekt həqiqətən futuristikdir. Texnologiyanın bugünki inkişafını nəzərə alsaq belə, bu avtobusu qızıldan hazırlamaq daha ucuz başa gələr. Təkcə geniş formatlı şəffaf ekranların, transformasiya oluna bilən “üzvi” materiallardan olan kuzanın və ya pəncərələrin qiyməti inanılmazdır.

Willie avtobusunda ekranlar dinamik reklam şitləri rolunu və ya məlumatlandırıcı ekran rolunu oynayır. Bütün bunlardan əlavə bu nəqliyyat vasitəsi həm də ekoloji təmizdir. O elektromühərriklə hərəkətə gəlir. Elektrik enerjisi ən ucuz enerji növüdür və ətraf mühiti çirkləndirmir.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here