HDD və SSD arasındakı fərq nədir? [hi-tech]

0
870

HDD ve SSD

Digər texnologiyalara nisbətən daha gənc olan və günümüzdə həyatın hər yerində istifadə olunan kompyuterlər, bir çox ehtiyaca yönümlü hazırlanmışdır. Bu ehtiyaclardan biri isə, kompyuter vasitəsilə hazırlanan və ya xaricdən kompyuterə yüklənən məlumatların depolanmasıdır. Bunun üçün insanlar kompyuter düzəldiləndən etibarən çalışıblar. Əslində bunu qısaca ən çox məlumatı, ən sürətli şəkildə, ən kiçik fiziki ölçülərə, ən yaxşı şəkildə depolamaq kimi açıqlaya bilərik.

Uzun sürən axtarışların nəticəsində məlumat depolamağın təməl daşlarından biri olan HDD-lər (Hard Disc Driver) ortaya çıxmışdır. Onun əsas hissələri; məlumatların yazıldığı fırlanabilən bir disk, diski fırladan motor və diskin üzərinə məlumatı yazan qoldur. Məlumatı yazmaq üçün hazırlanan qolun ucunda olan manyetik qisim diskin üzərində mikroskopik girinti və çıxıntılar yaradaraq yazma əməliyyatı həyata keçirdir. Bu proses zamanı disk fırlanmaqdadır. Diskin fırlanmağı nə qədər sürətli olarsa (hal-hazırda HDD-lər 5400 və 7200 rpm (dəqiqədə fırlanma sayı) olaraq istehsal edilməkdədir) o qədər də sürətli məlumat yazılır. Əlbəttə ki, daha sürətli olması üşün motorun daha qüvvətli olması lazımdır, bu da HDD-lərin qiymətini artırır. Həmçinin, mexaniki bölümləri olduğundan nə qədər sürətli fırlanarsa o qədər çox səs çıxardır.

Uzun müddət HDD-lər istifadə olunduqdan sonra, onlara rəqib olaraq SSD-lər satışa buraxılmağa başladı. SSD-ləri (Solid State Disc) təməl olaraq fləş disklərin böyüdülmüş forması kimi qəbul edə bilərsiniz.  Disk və manyetik başlıq kimi hər hansı bir mexaniki parçasının olmaması, məlumatları işıq sürətilə yaza bilməsi, SSD-lərin HDD-lərə nisbətən daha sürətli olmasına gətirib çıxartmışdır. Həmçinin heç bir fırlanan hissəsinin olmaması SSD-lərin çox səssiz işləməsini təmin etmişdir. Edilən testlər göstərir ki, SSD-lərin işləmə gücü HDD-yə nisbətən 2-3 dəfə daha artıqdır. Bu qədər üstünlüyə baxmayaraq HDD-lərin hələ də istifadə olunmasının tək səbəbi isə SSD-lərin daha bahalı olmasıdır. Amma hər nə qədər baha olsa da, performansları qiymətləri ilə müqaisə olunduqda, SSD-lərin daha cəlb edici olduğunu görürük. Texnologiya inkişaf etdikcə SSD-lərin qiymətinin enməsi, HDD-lərin isə tarixə qovuşması artıq qaçılmazdır.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here