LED və LCD arasındakı fərq nələrdədir? [hi-tech]

0
877

LED ve LCD

Çox yox təxminən 70 il əvvəl kompyuter deyilən texnologiya hariqəsi hələ düzəldilmə mərhələsində idi, amma görüntü sistemləri mövcud deyildi. O vaxtlar kompyuter işləmləri bir-başa kağız üzərinə çap olunurdu, monitor deyilən mövhumun isə adı belə çəkilmirdi. Texnologiya inkişaf etdikcə kompyuter və televizorlarda istifadə olunan boru içərisində hərəkət edən qazlardan mürəkkəb sistemlər düzəldilməyə başlanıldı. İnsanlar uzun müddət bu boru tipli monitorlardan istifadə etdi. Amma texnologiya artan qrafika ilə inkişaf etməkdə idi və tezliklə oraya LCD monitorlar çıxdı. Həm həcminin kiçik olması, həm də az elektrik enerjisi sərf etməsi onu tezliklə məşhurlaşdırdı və geniş istifadə olunmağa başladı. Həm də boru tipli monitorlardan fərqli olaraq daha az radiasiya yayması boru tipli monitorların istehsalaltdan çıxarılmasına səbəb oldu.

Açılışı Liquid Cristal Display (Maye Kristal Ekran) olan LCD ekran texnologiyasında cihazın içində olan və elektrik enerjisi köməyi ilə qütüblənə bilən maye halında kristallar ilə ön tərəfdə olan qütüblənmə filtri sayəsində görüntü vermək prinsipi vardır. Ekran təzələnmə vaxtı 1 millisaniyəyə kimi enən LCD ekranlar, hal-hazırda da geniş istifadə olunmaqdadır.

Texnologiya bu nöqtədə də dayanmır və inkişaf sürətlə davam edir. Bu dəfə isə qarşımıza LED texnologiyasına sahib olan ekranlar çıxdı. LED yəni Light-Emitting Diode (İşıq Yayan Diod) son kəşf olunan süni işıq qaynaqlarındandır və daha öncəki kəşflərdən tamamən fərqli bir tərzdə işıq istehsal etməkdədir. Bu texnologiya ilə hazırlanan monitorlar LCD ekranlara nəzərən daha çox enerji qənaəti, daha güclü kontrast dərəcələrinə sahib olması və ekranların daha incə olması ilə ön sıraya çıxmaqdadır. LED monitorlar bir tək minusu vardır o da LCD monitorlara nisbətən daha baha olmasındadır.

Monitorlardakı LED və LCD fərqləri televizorlar üçün də eynidir.

Hal-hazırda isə artıq bu iki texnologiyanın birləşməsindən əmələ gələn LED-LCD texnologiyalı monitor və televizorlar istehsal edilməkdədir.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here