Bu ilin fevral ayında PlayStation 4 haqqında məlumat vermişdik. Dünyada milyonlarla qeymerin almaq istədiyi oyun konsolu Sony PlayStation 4 dünən rəsmi olaraq satışa buraxıldı. Rəsmi satış yalnız ABŞ-da başlanıb, amma tezliklə Avropa və Asiyada da satışa çıxacaq.
Rusiyada Sony PlayStation 4 29 noyabrda satışa çıxacaq. ABŞ-da rəsmi qiyməti 399 dollar (313 AZN), Avropada 399 avro, Rusiyada isə 17990 rubl (431 AZN) olacaqdır.
Sony PlayStation 4 AMD firmasının istehsalı olan səkkiz nüvəli prosessorla təchiz olunub, həmçinin eyni firmadan RADEON video kartası da çox güclüdür. Yeniliyin işləməsinə yardımçı olacaq daha bir göstərici 8 Gb GDDR5 operativ yaddaşı olacaqdır. Daxili yaddaş isə 500 Gb həcmindədir.
Artıq yeni 4-cü nəsil PlayStation üçün oyun firmaları oyun hazırlamağa başlayıb. 180-dən çox oyun hazırlanma mərhələsindədir. Konsolu ilk dəfə alanlar isə artıq hazır olan bu yeni oyunları oynaya biləcəklər: Need For Speed: Rivals, Battlefield 4, Call of Duty: Ghosts, Assassins Creed: Black Flag.