Yeni Acer Chromebook C720 cəmi 199$

0
1017

Acer C720 (2)Acer şirkəti cəmi 199 dollara olan yeni Chromebook C720 notbukunu təqdim etdi. Bu klass alət üçün şirkət çox güclü xüsusiyyətlər təklif edir. Acer C720-yə Intel Celeron 2955U (Haswell) prosessoru, 2Gb DDR3L operativ yaddaş, 16 Gb daxili yaddaş quraşdırılıb. Həmçinin Google Drive servisində 100 Gb əlavə yaddaş da hədiyyədir.

Acer C720 (3)

Yeniliyə 11,6 dyumluq 1366×768 pikselli ekran quraşdrılıb. Həmçinin veb kamera və və iki səs ucaldıcıya da yer tapılıb. Çıxışlar arasında USB 3.0, USB 2.0 və HDMI çıxışları da var. Şəbəkə 802.11 a/b/g/n WiFi-dır. Qalınlığı 19mm, çəkisi 1,25 kq olan notbuka quraşdırılmış akkumlyatorun işləmə vaxtı 8,5 saatdır.

Acer C720 (1)

Google Drive servisində pulsuz sahə ilə bərabər, istifadəçilər Google Play All Access Music pulsuz versiyasını, həmçinin GoGo rejimli internet üçün 12 kupon da əldə edəcəklər. Acer C720 artıq satışdadır və Amazon.comBestbuy.com saytlarından əldə etmək mümkündür. Dekabrdan isə digər saytlarda da satışa buraxılacaq.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN