Yeni “ağıllı” palto təqdim olundu [hi-tech]

0
731

Motiif M palto 2013Geyinmək üçün elktronika deyildikdə, ağlımıza ilk gələn ya “ağıllı” qol saatı ya da Google Glass kimi eynəklər olur. Amma Motiff şirkəti geyinmək sözünü əsl mənasında istifadə edərək ağıllı palto olan Motiif M hazırlayıb. Görünüş baxımından o adi bir paltodur, amma əslində isə bu geyim Wi-Fi çıxış nöqtəsi və smartfonlar üçün enerji mnbəyidir.

Motiif M paltosu Sprint mobil operatora bağlanıb və sahibinə mütəmadi olaraq internetə çıxış təmin edir. Bu geyimin sahiblərinə 3 ay boyunca aylıq 1 Gb internet trafiki hədiyyə ediləcək. Daha sonra isə abunəliyi uzatmaq istəyənlər ayda 14 dollar ödəməli olacaqlar.

Motiif M palto 2013

Enerji mənbəyi platonun sinə hissəsindədir. Bu enerji mənbəyi bir çox smartfon dətəkləyəcək, o cümlədən İphone smartfonunu. Belə funksiya dəstəkləməyən smartfonlar üçün isə xüsusi çexol təqdim olunacaq. Bu çexol smartfonu simisiz enerji ilə doldurmağa imkan yaradacaq.

Paltonun öz enerjisini doldurmaq üçün isə rozetka lazım olmayacaq. Paltonun üstündə təqdim olunan asılqana asıldıqda palto simisiz enerji ilə dolmağa başlayacaqdır. Palto su keçirməyən materialdan hazırlanıb.

Motiif M paltosunun satışı 2014-cü ilin fevral ayına planlaşdırılıb. Qiyməti haqqında dəqiq məlumat yoxdur.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here