Yeni PlayStation 4 təqdim olundu [hi-tech]

0
527

Sony PS4

Nyu-Yorkda keçirilən rəsmi təqdim etmə mərasimində Sony şirkəti yeni nəsil PlayStation 4 oyun qurğusunun anonsunu verib. Yeni qurğu x86 prosessorla işləyir, 8 GB operativ yaddaşı var, həmçinin daxili quraşdırılmış sərt diski də mövcuddur. Komplektə DualShock 4, taçpad, Move hərəkət sensoru və 3D kamera da daxildir.

PlayStation 4 oyun qurğusunda Sony şirkəti oyun oynamağı sevənlər üçün sosial şəbəkə də qurub. Əgər oyunçu öz həqiqi adı ilə qeydiyyatdam keçərsə onun üçün bir neçə əlavə funksiya da açılır. Məs, o dostları ilə ünsiyyət qura bilər, Google Android və ya PS Vita kimi xarici qurğuların qoşulması.

Əvvəlki versiyalar üçün istehsal olunmuş oyunlar (PS2 və PS3) yeni qurğuda işləməyəcək. Amma bunun əvəzinə Gaikai bulud servisi vasitəsilə oyunları oynamaq olacaq.

Həmçinin bu Gaikai servisi oyunu almamışdan öncə onu oynamağa da imkan yaradacaq. Yeni PS 4 qurğusunun qiyməti dəqiqləşməyib. Həmçinin satışa buraxılacağı vaxt da məlum deyil. Hətta qurğunun şəkilləri belə hələ təqdim olunmayıb.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here