Yeni sensor ekranlı Acer Chromebook C720P cəmi 299$

0
1028

Acer C720P Chromebook2

Texnologiyanın mütəmadi inkişafı və qiymətlərinin endirilməsi bazarda ucuz amma keyfiyyətli malların sayını artırır. Bunun ən gözəl nümunəsi yeni sensor ekranla təchiz olunmuş Acer Chromebook C720P notbukudur. Bu notbuk özündə texnologiyanın yeni nəaliyyətlərini və çox ucuz qiyməti birləşdirir.

Acer C720P Chromebook

Ümumilikdə yeni alət Chromebook C720 (199$) seriyasının uğurlu davamçısıdır. Notbuk ikinüvəli, 1.44 Hhz sürətli Intel Haswell Celeron 2955U prosessoru ilə, 32 Gb daxili yaddaşla, 2 Gb operativ yaddaşla və 1366×768 piksel ölçülü 11,6 dyumluq sensor ekranla təchiz olunub. Piksel sıxlığı 142 ppi. WiFi 802.11 a/b/g/n şəbəkə dəstəyi vardır. İstehsalçı bildirib ki, alət tam dolduqdan sonra 7,5 saat çalışa bilir.

Yeni ultrabuk yaxın günlərdə satışa çıxır və cəmi 299 dollara satılacaq.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here