32 bit və 64 bit nədir?

0
1143

32x64bit

İnternetdən proqram və əməliyyat sistemləri yükləmək istədikdə istehsalçı şirkət bizdən hansı versiya yükləmək istədiyimiz haqqında soruşur. Yəni yükləmək üçün həm 32 həm də 64 bitlik versiyalar olur. Hər bir şirkət istehsal etdiyi proqram və əməliyyat sisteminin həm 32 həm də 64 bitlik versiyalarını təqdim edir. Əgər əməliyyat sisteminiz haqqında məlumatınız yoxdursa və 32 və ya 64 bitlik sistemi seçməkdə çətinlik çəkirsinizsə bu məqalə sizə yardımçı olacaqdır.

Kompyuterinizin neçə bitlik əməliyyat sistemi ilə işlədiyini öyrənmək üçün: Пуск-Панель Управления-Система

32 bit (x86) – ilk dəfə Intel prosessorlarında istifadə olunmuş prosessor arxitekturasıdır. 64 bit (x86-64) – ilk dəfə AMD tərəfindən yaradılmış prosessor arxitekturasıdır.

64 bit arxitekturası birbaşa olaraq 4 GB operativ yaddaş tələb edir. Lakin, 32 bit arxitektura “səhifə” rejimində 1 səhifə üçün 4 GB operativ yaddaş tələb edirsə, 2 səhifə üçün 8 GB yaddaş təlb edəcək. 32 bit arxitektura ilə müqayisədə 64 bit arxitekturasında qurğularla bağlı problemlər olmur. Lakin, proqram səviyyəsində 64 bit əməliyyat sistemləri üçün drayverlərlə bağlı problemlər meydana gələ bilər.

İnternetdən kompyuterinizə proqram köçürərkən bəzən 32 bit və ya 64 bit seçimləri ilə qarşılaşırsınız. Bu halda kompyuterinizə uyğun olanı endirməlisiniz. Yəni, kompyuterinizin neçə bit olduğunu bilməlisiniz.

“Bit” sözünün qarşısındakı ədəd (32 və ya 64) sistemin bir dövrdə daşıya biləcəyi məlumatın ölçüsünü göstərir. Buna görə də kompüteriniz lazımi qurğu və proqram təminatını dəstəklədiyi halda, 64 bitlik sistem 32 bitlik sistemdən 2 dəfə çox əməliyyatı yerinə yetirmək qabiliyyətinə malikdir. Beləliklə, kompüterinizdəki proqramları iki dəfə daha sürətli şəkildə istifadə edə bilərsiniz.[millibyte.az]

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here