AOL şirkəti Winamp-ı bağlayır

0
831

winamp-48-logo_thumb

Amerika İT şirkəti olan AOL Winamp proyektini bağlamaq qərarına gəlib. Nəzərinizə çatdıraq ki, Winamp musiqi oxuducu və bir neçə musiqi servisindən ibarət idi.

Musiqi oxuducu 20 dekabrdan fəaliyyətini dayandıracaq. Həmin tarixdə winamp.com saytı da bağlanacaq. Bu barədə proyektin saytında yerləşdirilmiş məlumatda deyilir.

Şirkət istifadəçilərinə ötən 15 ildə Winamp ilə birgə olduqlarına görə  minnərdarlığını bildirib. Pleyerin son versiyası Winamp 5.66 oldu.

Winamp 18 yaşlı Castin Frankel tərəfindən 1997-ci ildə hazırlanmışdı. İlk öncə pleyer yalnız audio faylları oxuya bilirdi. Pulsuz yayılan proqram fəaliyyətdə olduğu bir il yarım ərzində çox məşhurlaşdı, onu 15 milyondan çox insan yüklədi. Təəccüblü deyil ki, 1999-cu ildə iri şirkətlərdən biri olan AOL, Castin Frankelə məxsus Nullsoft şirkətini (şirkətə daxil olan Winamp-ı da) 80 milyon dollara aldı. 10 ildən sonra Winamp istifadəçilərinin sayı 70 milyon idi.

2010-cu ildə Winamp Android əməliyyat sistemli telefonlar üçün buraxıldı.

Winamp-ın rahatlığı onun bir çox audio format dəstəkləməsində idi. Həmçinin proqramın xarici görünüşünü dəyişmək üçün minlərlə tema da var idi.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN