FaceBook statistikası: ayda 1.06 milyard aktiv istifadəçi

0
884

Dünyanın ən böyük sosial şəbəkəsi ayda bir milyard aktiv istifadəçi psixoloji baryerini keçdi. Facebook şirkəti artımın əsas rəqəmlərini göstərən statistik məlumat yayıb. Resurs stabil olaraq inkişaf etməkdədir, ən birinci inkişaf isə aktiv istifadəçilərin sayının artmasındadır.

Ötən ilin dekabr ayının nəticələrinə görə sosial şəbəkəyə ay ərzində 1.06 milyard aktiv istifadəçi daxil olub. Bu da 2011-ci ilin dekabr ayı ilə müqaisədə 25 faiz, günlük isə 28 faiz artım deməkdir. Ən maraqlısı isə Facebooka mobil telefonlardan daxil olanların sayı 57 faiz artıb.

Deməli Facebooka dekabr ayında daxil olan 1.06 milyard aktiv istifadəçidən 680 milyonu mobil cihazlarla daxil olub. Facebookun gəlirlərində də artım müşahidə olunur. Son kvartalda sosial şəbəkə 1.58 milyard dollar qazanıb.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here