Google Music servisi rəsmi olaraq açılıb

1
407
Google Music
Google Music

Uzun müddətdir ki, Google Music servisi beta-test mərhələsində idi, lakin istifadəçilər üçün açıq haldaydı. Google şirkəti istifadəçiləri yeniliklər barədə məlumatlandırmır, servis haqqında heç mir rəsmi məlumat yaymırdı, çünki servisin beta-test mərhələsində olması rəsmi məlumat yaymağa imkan vermirdi. Və budur, nəhayət ki axtarış giqantı musiqiyə həsr olunmuş yeni servisini rəsmi olaraq açdı. Google Music nədir və sizə necə faydalı ola bilər – bu haqda sizə Moruq.Net portalı danışacaq.

Google Music –bu bulud formalı bir servisdir. Hər bir istifadəçi buluda 20 000 musiqi yükləyə bilər. Yüklənən musiqilər istənilən digər istifadəçi tərəfindən dinlənilə və kopmyuter və ya smartfona pulsuz endirilə bilər. Yeni servisin açılışı Android Market mağazasında baş tutub. Bu mağazada tezliklə Android əməliyyat sistemi ilə işləyən smartfon və mobil kompyuterlər üçün Google Music proqramı da satışa buraxılacaq.

Google Music
Google Music

Servisin test mərhələsinin uzanması həm saytın hazır olmaması həm də musiqi leybl-ları ilə olan problemlərlə əlaqəli idi. Hal-hazırda bütün problemlər həll olunub və axtarış giqantı Universal, EMI, Sony Music və 23 digər musiqi və səsyazma studiyaları ilə razılaşa bilib. Hal-hazırda Google Music mağazasında yuxarıda adları çəkilən leyb-llardan 8 milyon musiqi vardır. Lakin tezliklə bu rəqəmin 13 milyona çatacağı gözlənilir. Musiqini satın almamışdan öncə musiqinin bir hissəsinə online qulaq asmaq da mümkündür.

Təəssüf ki, hələ Google Music servisindən yalnız ABŞ sakinləri istifadə edə bilir. Azərbaycanda servisin nə vaxt açılacağı hələ bəlli deyil.

1 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here