
Google-un Baş Direktoru vəzifəsinə yenicə təyin olunmuş Larri Peyc (Larry Page) şirkətin 2011-ci ilin III kvartalı üçün əldə olunan gəlirlərini jurnalistlərlə bölüşüb. Ötən illə müqaisədə axtarış giqantının gəlirləri 33% artaraq 9.72 milyard dollar təşkil edib.
Larri Peyc öz çıxışını Android əməliyyat sistemindən danışmaqla başlayıb. O bildirib ki, bu ilin III kvartalında Android ilə 190 milyon smartfon aktiv olunub. Rəqəmlər açıqlanmasa da, Google-un başçısı bildirib ki, mobil alətlərdən əldə olunan gəlir 2.2 dəfə artıb.
Həmçinin Larri Peyc Google+ sosial şəbəkəsi haqqında danışıb və bildirib ki, İstifadəçilərinin sayı 40 milyona çatıb və bu istifadəçilər tərəfindən yüklənən şəkillərin sayı isə 3.4 milyarddır.
Bundan əlavə Google Chrome veb-səyahətçisi də yaddan çıxmayıb. Baş direktor bildirib ki, Chrome istifadəçilərinin sayı 200 milyonu keçib. Hal-hazırda Google Chrome məşhur və çox sürətli Mozilla FireFox veb-səyahətçisindən sonra 2-ci yerdə durur.
Larri Peycə yeni Android Ice Cream Sandwich əməliyyat sistemi haqqında sual verilsə də o bu sualı cavablandımaqdan boyun qaçırdıb.