@ işarəsinin tarixi [maraqlı]

1
2788

@ isaresi@ işarəsinin yaranma tarixi orta əsrlərə təsadüf edir. O zaman keşişlər tərcümələrlə məşğul olub, həmçinin latın dilində yazılmış elmi əsərlərin üzünü köçürüblər. Latın dilində istifadə edilən “ad” sözönü müasir ingilis dilinə tərcümədə “at” deməkdir və istiqamət, yaxınlaşma mənasını verir. Keşişlər tərəfindən istifadə edilən şriftdə “d” hərfi kiçik “quyruğa” malik idi və güzgü əksində “6” rəqəminə oxşayırdı. “ad” çox tezliklə @ işarəsinə çevrilib.

@ işarəsi XV əsrdə yenidən gündəmə gəlib. İspan tacirləri bu işarədən çəki vahidlərinin qısaldılmış adı – “arroba” (təxminən 11,52 kq və ya 25.40 funt) kimi istifadə ediblər. Maraqlıdır ki, bu ölçü vahidi mal-qara və şərabın çəkisini göstərmək üçün istifadə olunub.

İntibah dövründə @ işarəsi qiymətin göstərilməsi, sənaye inqilabı (kapital, birinci birjalar, dəzgahlar və sairə) dövründə isə mühasibat hesabatlarında tətbiq olunub.

“Sobaçka” amerikanın “BBN Technology” şirkətinin tədqiqatçısı Rey Tomlinsonun nəzər nöqtəsinə düşənədək sakitcə öz zəfər saatını gözləyib.

Qeyd edim ki, “BBN Technology” şirkəti XX əsrin 60-cı illərinin sonlarında “ARPANet” (İnternetin sələfi) layihəsinin iştirakçılarından biri olub. Layihə ABŞ-ın Müdafiə Nazirliyinin sifarişi üzrə həyata keçirilib.

Həmin illərdə fayl və məktubları bir istifadəçidən başqasına ötürməyə imkan verən proqramlar artıq mövcud idi. Lakin göndərən və qəbul edən eyni kompüterdən istifadə edirdi. O zaman ən sürətli modem müasir standartdan 200 dəfə aşağı sürətlə işləyib.

Rey Tomlinson məhz poçt proqramlarının hazırlanması və virtual poçt qutularının yaradılması ilə məşğul olub. Virtual poçt qutusu fayldan ibarət idi. O, adi fayldan onunla fərqlənirdi ki, istifadəçilər mətni redaktə edə bilmirdilər, yalnız əlavə etmək funksiyası əlçatan olub. Əməliyyatı yerinə yetirmək üçün iki proqramdan (göndərmək üçün “SNDMSG”, oxumaq üçün “READMAIL”) istifadə olunub.

Tomlinsonun yazdığı yeni proqram 200 sətir koddan ibarət olaraq “SNDMSG”, “READMAIL” və “ARPANet” şəbəkəsində faylların kənar kompüterlərə göndərilməsi üçün istifadə olunan “CPYNET” protokolunun kombinasiyasını özündə birləşdirib.

Tomlinson sınaqlara 6 ay vaxt sərf etdikdən sonra laboratoriyasından kənarda yerləşən kompüterə məktub göndərməyə müvəffəq olub.

CNN diktorları bu barədə məlumat verməmiş, təqdimat və mükafatlandırma olmayıb. Tomlinsonun uğuru haqqında yalnız “ARPANet” şəbəkəsinə çıxış imkanına malik əməkdaşların məlumatı olub.

Tomlinson “33 Teletype” klaviatura modelindən istifadə edib. O, günlərin birində klaviaturada heç bir adda istifadə edilməyən, həmçinin istifadəçinin adını kompüterin adından ayıran işarə axtarır. Bu, universal alqoritm olmalı idi: ad – işarə – yer.

Klaviaturada hərf və rəqəmlərdən savayı durğu işarələri də vardı. Onların arasında “sobaçka” işarəsi də gözə çarpırdı.

@ işarəsi alqoritmin ən düzgün həlli idi. Tomlinson sonralar deyib ki, bu işarə yeganə mümkün seçim idi.

“Sobaçka” sözünün etimologiyası çox qarışıqdır. Yalnız rusiyalı istifadəçilər bu işarəni belə adlandırırlar. @ işarəsi koreya dilində ilbiz, fin dilində yatmış pişik, macar dilində soxulcan, çin dilində siçan balası, içveç dilində darçınlı bulka mənasını verir.

Yeri gəlmişkən, bu hadisələrdən təxminən 1 il sonra, 1973-cü ildə Vinton Sörf və Bob Kan daha sonralar “TCP/IP” adlandırılmış protokol ixtira ediblər. Bu barədə, həmçinin uzun müddət yalnız dar çərçivədə danışılıb.

İnternetin tarixi – bu, unudulmuş adlar tarixidir, hərçənd ona aidiyyatı olan bütün insanların demək olar ki hamısı yaşayır. Ona görə “e-mail”-i müasir vəziyyətə gətirib çıxaran insanların adlarını xatırlamaq düzgün olardı.

Bu şəxslərdən biri Duqlas Enqelbart yalnız maus deyil, həm də ilk mətn mesajları mübadilə sisteminin yaradıcısı olub. Bundan sonra proqram Lourens Roberts tərəfindən təkmilləşdirilib: bütün məktubların siyahısına baxış, istənilən mesajın seçilməsi, məktubun ayrı faylda saxlanılması, başqa ünvana göndərilməsi və məktublara avtomatik cavab verilməsi kimi funksiyalar reallaşdırılıb.

İlk elektron məktubun məzmunu ilə bağlı məsələyə gəldikdə Tomlinson səmimi olaraq etiraf edib ki, klaviaturada sadəcə əlinə keçən simvolları yığıb, çünki o zaman bu məktubun tarixə düşəcəyini təxmin belə edə bilməzdi. Lakin jurnalistə məqalə üçün tapıntı lazımdır. Alimin ilk elektron məktubun mətnini xatırlaya bilməməsi isə heç də yaxşı səslənmir. Buna görə müxbir klaviaturasına baxaraq birinci cərgədəki “QWERTYUIOP” yığımı üzərində dayanıb. Mühəndis o vaxtdan etibarən “QWERTYUIOP” versiyasına tərəfdardır və mübahisə etməməyə üstünlük verir.

Müəllif: Emil Hüseynov [membrana-az.com]

1 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here