Microsoft Skype-ı 8 mlrd $ alır

0
360
Microsoft Skype
Microsoft Skype

Amerika jurnalı olan Wall Street Journal-ın verdiyi məlumata görə, Microsoft şirkəti komunikasiya platforması olan Skype-ı alır. Qiymət 7 və 8 milyard dollar arasında qiymətləndirilir. All Things Digital bloqunun redaktoru Kara Svişer bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə bu günlərdə Microsoft bu haqda rəsmi məlumat yayacaq.

Məşhur analitik Ben Bajarin-in sözlərinə görə, Microsoft Skype-ı bütün xərcləri ilə (686 milyon dollar) alacaq və 663 milyon istifadəçiyə çıxış imkanı qazanacaq. İstifadəçilərin buna reaksiyasına isə analitik qiymət verə bilmədi.

Xatırladaq ki, Skype şirkəti 2005-ci ildə internet maqazin olan eBay-ı 2.6 milyard dollara əldə etmişdi. 4 il sonra isə Skype səhmlərinin 65%-ni Silver Lake Partners, Andreessen Horowitz və Canada Pension Plan Investment Board inverstorları əldə edir. Həmin vaxt Skype-ın ümumi qiymətini 2.75 milyard dollar hesablamışdılar.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here