Opera Max smartfonun trafikini sıxacaq

1
840

Opera-Max

Operanın kompyuter üçün olan versiyaları bəzi ölkələrdə məşhurdur, amma səyahətçinin mobil versiyası bütün dünyada məşhurdur. Səbəb isə onun trafiki sıxmasıdır. Sıxılmaya baxmayaraq səyahətçi şəkilləri keyfiyyətli göstərir və yüksək məhsuldarlıq göstərir. Deməli trafikin sıxılması mobil internet istifadəçilərinə çox lazımdır.

Norveç istehsalçısı anladı ki, müasir mobil internet istifadəçilərinin ehtiyyaclarını tək brauzer ilə ödəmək olmur. Artıq istifadəçilərə geniş imkanlar açılıb: smartfonda online musiqi dinləmək, proqram yükləmək, şəkillər paylaşmaq və s. Ona görə də bütün alətlərə kompleks təsir göstərən bir brauzerə ehtiyyac var. Belə təsir göstərə biləcək alət Opera Max oldu. Bu mobil brauzer smartfon və ya planşetdən keçən bütün məlumatların sıxılmasını təmin edir.

opera-max2

Belə funksiyanın faydası aşkardır: bu trafikə ekanomiya etməkdir. Çünki internet tarifləri hələ də çox bahadır. Xüsusən də İnstagram və Vine istifadəçilərinə trafik çox lazım gəlir. Sıxılma VPN-əlaqə vasitəsilə Opera serverlərində həyata keçirilir. Norveç istehsalçısı rəsmi olaraq and içir ki, onlar yalnız trafiki sıxır və staistika toplayır. Məzmuna isə baxmır. Pis xəbər ondan ibarədir ki, Android üçün Opera Max proqramı yalnız ABŞ istifadəçiləri üçün mövcuddur. Beta-test mərhələsi bitdikdən sonra isə bütün istifadəçilər proqramı yükləyib işlədə biləcəklər.

1 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here