YouTube 2D-ni 3D-yə çevirmək funksiyası əlavə edib

2
618
YouTube 3D
YouTube 3D

YouTube video servisi yeni funksiya əlavə edib. Bu funksiya vasitəsilə İstifadəçilər bircə kliklə 2D formatında olan videoları 3D formatına çevirə biləcəklər. Bunu klipi tez redaktə etmək və xüsusi effektlər vermək üçün olan Vlix və Magisto platforması təmin edəcək.

Yüklənmiş videoları 3D-yə çevirmək üçün “Edit İnfo” menyusuna keçib, orada “3D video” punktuna klik etmək lazımdır. 2D-dən 3D-yə keçid avtomatik olacaqdır. Amma artıq 3D formatına çevrilmiş videoya baxmaq üçün stereoskopik eynəklər (el arasında 3D eynək) lazım olacaq.

Daha bir yenilikYouTube qeydiyyatlı istifadəçilər üçün davamiyyəti 15 dəqiqə olan videoları yükləməyə imkan yaradıb. Qeydiyyatsız istifadəçilər üçün isə hər şey əvvəlki kimi qalıb. Yüklənmənin rahatlığı üçün yükləməyə davam etmək funksiyası əlavə olunub. Əgər servisə video yüklədiyiniz zaman internet əlaqəniz kəsilərsə, əlaqə yarandıqdan sonra yüklənməyə qaldığınız yerdən davam edəcəksiniz.

2 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN