
Biz videohostinq saytı olan YouTube – a o qədər öyrəşmişik ki, səhifələrə yerləşdirilmiş videoroliklərsiz interneti təsəvvür edə bilmirik. Belə bir fikir yaranır ki, YouTube həmişə mövcud olub. Amma ki, onun hələ dünən 6 yaşı tamam olub. Hal-hazırda servisə gün ərzində 3 milyard baxış olur və hər dəqiqə 48 saat video yüklənir.
Bu rəqəmlər müsbət dinamikanın göstəricisidir, keçən ilə nisbətən bu il yükləmələrin sayı 100%, baxış sayı isə 50% artıb. Yəni məcazi mənada desək Dünya əhalisinin 50%-i hər gün YouTube saytına girib videoya baxır. YouTube saytına ilk video 2005-ci ilin aprel ayının 23-ü yüklənib. Beta-test mərhələsi isə 2005-ci ilin may ayında başlayıb. 2006-cı ilin oktyabr ayında isə servis Google şirkəti tərəfindən 1.65 milyard dollara alınıb.
Bu da YouTube servisinə əlavə olunmuş ilk video. İnanmayanlar videonun əlavə olunma tarixinə baxa bilər.