Oruc tutmağın faydaları

0
995

Ramadan-Ramazan3Oruc bədənimizin və ruhumuzun təmizlənməyi deməkdir. Əgər 30-50 il bundan əvvəl bütün dünya oruc tutmağa bir ikrah hissi ilə baxırırdırsa, indi bütün dünyada acqalma ilə müalicələr və aclıq mərkəzləri fəaliyyət gostərir.

İnsanın ən vacib orqanlarından biri qaraciyərdir. İnsan qaraciyərsiz 3 saniyədən artıq yaşaya bilməz, qaraciyər üçün ən etibarlı effektiv müalicə üsullarından biri oruc tutmaqdır. Qaraciyər enerji deposudur oruc tutan zaman, yəni acqalmadan 6-7 saatdan sonra orqanizm qaraciyərdəki ehtiyyat enerjidən istifadə etməyə başlayır bu zaman yüngül ürəkbulanma halsızlıq ola bilər. Bu təəbiidir heç bir ziyanı yoxdur. Qaraciyər həm yenilənir, həm istirahət edir, həm də daxilindəki enerjini təzələyir. Aclıq zamanı xolesterin və triqliseridlərin səviyyəsi (damarların daxili divarını tutmuş yağlar) normallaşır, mədəaltıvəz xəstəliyindən (pankreatit) əziyyət çəkənlər üçün faydalıdır çünki 6-7 saatdan sonra mədəmiz boş olduğundan fermentativ aktivlik aşağı düşür və demək olar ferment ifrazı olmur. Bu zaman mədəaltıvəzi üçün özü özünü bərpaetmə baş verir. Çünki pankreatit zamanı mədəaltıvəzin öz şirəsi özünü yandırır.

İnfart, ateroskleroz kimi ürək xəstəliklərinin müalicəsi üçün oruc tutmaq əvəzolunmazdır. Bu zaman damarların daxilindəki yığılıb qalmış artıq maddələr təmizlənilir və damarlar elastikləşir. Mütəmadi oruc tutan adamlar skleroz (yaddaşın tamam itməsi) xəstəliyinə tutulmaz. Oruc zamanı bizim oynaqlarımız duzlardan təmizlənir. Böyrək və öd daşlarının həcmi kifayət qədər kiçilir və təmizlənilir. Gündə 3 dəfə yemək zamanı bağırsaqlarımızın xovları arasını daşlar və şlaklar tutur (normal insanda 4-5 kq-a çatır). Oruc zamanı bunlar da bədənimizdən təmizlənir. Oruc zamanı fermentativ aktivlik düşdüyündən mədəmizin iç divarı rahat bir şəkildə təzələnir sanki mədəmiz yeni bir sezona hazırlaşır. Oruc zamanı mədəmizin həcmi kiçilir, bu da çox yeməyin qarşısını alır.

Oruc zamanı qanda şəkərin səviyyəsi aşağı düşür. Bəzi şəkər xəstələri iynə vurdurduqlarına görə oruc tutmurlar. Bu səhvdir, aclığın 10-12 saatından sonra qanda şəkərin səviyyəsi aşağı düşməyə başlayır sadəcə şəkər xəstələri 2-3 gün əziyyət çəkə bilərlər sonra heç bir problem olmaz inşallah. Arıqlamaq istəyənlər üçün ən gözəl vaxtdır yay fəslinin orucu. Oruclu zaman adrenalin və kortizon kimi fermentlərin qanda miqdarı aşağı düşdüyündən hüceyrələrimizin xərçəngə tutulma ehtimalı aradan qalxmış olur.

Oruc zamanı insanın beyni qanla daha yaxşı təchiz olunur bu da bizim yaddaşımızın və diqqətimizin artmasına vəsilə olur. Əlləri və ayaqları çox tərləyənlər üçün oruc bir fürsəttdir, çünki bu zaman simpatik və parasimpatik sinir sisteminin bir birinə uyğunsuz fəaliyyəti aradan qalxır. Oruc zamanı bədənimiz su almadığından böyrəklər və tər vasitəsilə su xaric olduğundan yüksək təzyiqdən əziyyət çəkənlər şəfa taparlar inşallah. Əgər bağırsaqlarımız təmizlənirsə onda bağırsaqların filtr fəaliyyəti bərpa olur və bu zaman qanda böyük yağ hüceyrələrinin və antihüceyrələrin qarışımı azalacaq və bizim immun sistemimiz qaydasına düşəcək inşallah.

Gəlin yaşamaq üçün yeyək, mədəmizin əsiri olmayaq. Ac qalaq ki, acların qədrini bilək inşallah.

Fizuli Hüseynov

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here