Azimov-un “Polad mağaralar” əsəri ekranlaşdırılacaq

0
826
Ayzek Azimov - "Polad Mağaralar"
Ayzek Azimov – “Polad Mağaralar”

20th Century Fox şirkəti Ayzek Azimov-un (Isaac Asimov, Айзек Азимов) “Polad mağaralar” (“Стальные пещеры”, “The Caves of Steel”) əsərini ekranlaşdırır.

Azimov-un original kitabı detektivdir və orada hadisələr uzaq gələcəkdə Yer kürəsində baş verir. Bu roman ilk dəfə 1954-cü ildə dərc olunub. “Polad mağaralar” – “Çılpaq Günəş” (“Обнаженное солнце”), “Şəfəq robotları” (“Роботы Зари”), “Robotlar və imperiya” (“Роботы и империя”) əsərləri daxil olan ilk kitab seriyasıdır.

20th Century Fox-un bu filminin rejissoru Henri Hobson olacaq. O əvvəllər müxtəlif filmlərə titrlər düzəltməklə məşğul olurdu. Onun əsas işlərindən biri “Şerlok Holms” filminin titrləridir.

2004-cü ildə 20th Century Fox şirkəti Ayzek Azimov-un əsəri əsasında çəkilmiş və  Uil Smit-in (Will Smith) baş rolunu oynadığı “Mən, Robot” (“Я, робот”) filmini təqdim etmişdi. 120 milyon dollara çəkilmiş bu film ABŞ-da prokatda 347 milyon dollar pul toplamışdı.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here