Tərcümeyi-hal necə yazılır [məsləhət]

8
76493

tercumeyi-hal_MoruqNet

Tərcümeyi-hal və ya avtobioqrafik məlumat kağızı bir çox iş yerlərində tələb olunur. Aşağıda qısaca tərcümeyi halın necə yazılması haqqında punktlar, həmçinin nümunə də təqdim olunub. İstifadə olunan şərti adları dəyişin və öz məlumatlarınızı daxil edin. Həmçinin xəbərin sonunda tərcümeyi-hal nümunəsini “word” formatında kompyuterinizə yükləyə bilərsiniz. Uğurlar.

[box type=”shadow” align=”aligncenter” ]

1. Adınız Atanızın adı  Soyadınız

2. Doğulduğunuz il və yer

3. Bitirdiyiniz məktəb və unversitet

4. İşlədiyiniz yerlər (vəzifəniz göstərilmək şərti ilə)

5. Atanızın adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.

6. Ananızın adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.

7. Qardaş və bacılarınız varsa, onların adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.

8. Həyat yoldaşınız və uşaqlarınızın adı, atasının adı və soyadı. Doğulduğu il və yer. Hal-hazırda işlədiyi yer və vəsifəsi.

9. Formanın altında Adınızı (nümunədəki kimi), bu günkü tarixi və imza atmağı unutmayın.

[/box]

[box type=”info” align=”aligncenter” ]

Tərcümeyi hal (nümunə)

Mən Aygün Malik qızı Aslanova 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. 2004-cü ildə 210 nömrəli orta məktəbi bitirmişəm.  Elə həmin il M. Ə.  Rəsulzadə adına Bakı Dövlət Unversitesinə  daxil olmuş, 2008-ci ildə oranı bitirmişəm.

İnistutu və maqistraturanı bitirdikdən  sonra labarant vəzifəsində işə girmişəm. 2010-cu ildən baş müəllim vəzifəsinə girmiş, 2013-cü ilədək orada işləmişəm.

Atam, Malik Əhməd oğlu Aslanov 1955-ci ildə anadan olmuşdur, “CaspianDTL” şirkətində baş mühəndisidir.

Anam, Nailə Emil qızı Aslanova 1958-ci ildə anadan olmuşdur, işləmir, evdar xanımdır.

Qardaşım, Orxan Malik oğlu Aslanov 1985-ci ildə anadan olmuşdur.  S. Vurğun adına Rus Dram Teatrında aktyordur, evlidir, iki uşağı var.

x.x.2013-cü il                                                               A. M. Aslanova

İmza :__________

[/box]

[box type=”download” align=”aligncenter” ]Tərcümeyi hal nümunəsi pulsuz yüklə[/box]

8 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here