1903-cü ildə göyərçinlər fotoqraf işləyirdi [maraqlı]

0
1201

goyercin-fotoqraf-2

Bugün fotoqraflıq yeni bir mərhələyə qədəm qoyub. Şəkil çəkərkən istənilən növ texnikadan istifadə etmək olar. İndi rəqəmsal aynalı kameralar, milyonlarla obyektiv variantları, incə işıq filtirləri, panoram çəkliş etmək üçün xüsusi cihazlar, hətta hündürlükdə şəkil çəkmək üçün kavdrokopterlər də var. Amma XX əsrin əvvəllərində fotoqraflıq hələ təzə yaranmışdı. Fotoqraflar onda nəsə bir effekt əldə etmək üçün nəsə qarışıq bir şeylər fikirləşib icad etməliydilər.

Fotoqraf və ixtiraçı Yulius Noybronner (Julius Noibronner) 1903-cü ildə kvadrokopterin ilk analoqunu hazırlayır. O şəhərlərdə çox olan bir materialdan istifadə edir – göyərçinlərdən. Yulius onlara yüngül avtomatik kameralar geyindirir və azad uçuşa buraxırdı. Göyərçinlər əlbəttə ki, yuvada yaşayan quşlar idi və onlar mütləq yuvalarına geri qayıdırdı, həm də ki, kamernın yüngül olmasına baxmayaraq, göyərçinlər 100 metrdən artıq hündürlüyə qalxa bilmirdi. Göyərçin uçarkən əmələ gələn titrəmənin çəkilən şəkillərə təsir etməməsi üçün xüsusi pnevmatik sistemdən istifadə olunurdu. 5 il sonra ixtiraçı icad etdiyi bu üsula patent əldə edir. Patentin adı “peyzajların yuxarıdan çəkilməsi üçün yollar və vasitələr” idi. Yulius Drezdendə keçirilən foto-sərgidə şöhrət qazanır. Bu zaman o, göyərçinin boynundakı kameranı təəccüblənmiş insanların gözü önündə çıxardır, sonra isə çəkilmiş şəkilləri çap edərək insanlara göstərirdi. Çəkilmiş şəkillər təmiz və keyfiyyətli idi. Bax belə…

goyercin-fotoqraf-3 goyercin-fotoqraf-1 goyercin-fotoqraf-5 goyercin-fotoqraf-4

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN