2010-cu il şəkillərdə (3-cü hissə)

0
591
2010-cu il şəkillərdə son

2010-cu ilin şəkilləri silsiləsinin sonuncu, 3-cü bölümünü sizlərə təqdim edirəm.

Culian Assanj Wikileaks

WikiLeaks saytının yaradıcısı Cenevrə-də mətbuat toplantısında. 4 Noyabr. REUTERS/Valentin Flauraud

16-cı Asiya oyunları

16-cı Asiya oyunlarının açılış mərasimi. Jamie McDonald/Getty Images

San Esteban şaxtası

33 şaxtaçı avqustda, San Esteban şaxtasında tələyə düşdülər. Şaxtaçəlar özləri haqqında məlumatı yalnız 17 gündən sonra “yuxarı” çatdıra bildilər. Onlar yeraltında 10 həftə keçirdilər. REUTERS/Chilean Government

Macar şəhəri Deveçer

Macar şəhəri Deveçer, 5 oktyabr. Platinin dağılması nəticəsində 1 miliyon kub metr alüminium tullantısı şəhərə axdı. 10 nəfər həlak oldu. Şirkətin direktoru həbs edildi və o səhlənkarlıqda günahlandırıldı. AP Photo/Bela Szandelszky

Vəba xəstəliyi

Vəba xəstəliyinin simptomları ilə xəstəxanaya yerləşdirilən qadın. Limba qəsəbəsi, Haiti, 22 noyabr. Minlərlə insan vəba simptomları ilə xəstəxanalara yerləşdirildi. Təxminən 1100 nəfər bu xəstəlikdən vəfat etdi. AP photo/Emilio Morenatti

SiSi

15 oktyabrda İsveçrədə tunelin qazıntısı zamanı qayaya dəyərək xarab olmuş qazıma maşını olan “Sisi”-nin yanında şaxtaçı. Alp dağlarında keçən və 57 km uzunluqda olacaq bu dəmiryol tuneli dünyanın ən uzun tuneli olacaq.  Onun açılışı 2017-ci ilin sonlarına planlaşdırılıb. REUTERS/Christian Hartmann

Vitaliy Kliçko və Şennon Briqs

Ağır çəkililərin Boks üzrə Dünya Çempionatı oyununda Vitaliy Kliçko Şennon Briqs-i (ABŞ) vurur. Hamburq, 16 oktyabr. 12 raunddan sonra Kliçko oyundan qalib ayrılır. REUTERS/Christian Charisius

Şimali Koreya sakini

Şimali Koreya sakini Kumqanq kurortunda iki Koreya ailələrinin görüşündən sonra əl edir. Cənubi Koreyanın 436 ailəsi şimala keçərək öz ailə üzvləri ilə görüşdülər. Onlar birgə 3 gün keçirtdilər. REUTERS/Kim Ho-Young

Merapi vulkanı

Balerante qəsəbəsinin sakinləri 1 noyabrda baş vermiş Merapi vulkanın pükürməsindən qabaq evakuasiya edilir. Bir neçə püskürmə nəticəsində 140 nəfər həlak olur. ADEK BERRY/AFP/Getty Images

Su festivalı basqın

Su festivalında basqın. Pnompen, Kamboca. 350 nəfər həlak olur, yüzlərlə insan şikəst qalır. 22 noyabr. AP Photo/Heng Sinith

Kristina Fernandes de Kirşner

Aregentinanın prezidenti Kristina Fernandes de Kirşner həyat yoldaşının tabutunu müşayət edir. Eks-prezident Nestor Kirşner Kassa Rossada sarayından aeroporta aparılır və oradan da Santa-Kruz-a dəfn olunmaq üçün yola salınır. REUTERS/Martin Acosta

Kim Çen İr və onun oğlu Kim Çon Un

Şimali Koreyanın prezidenti Kim Çen İr və onun oğlu Kim Çon Un 10 oktyabr Pxenyanda keçirilən hərbi paradda. AP Photo/Vincent Yu

Dehlidə keçirilən 11 günlük dostluq marafonu

Dehlidə keçirilən 11 günlük dostluq marafonu. Mark Dadswell/Getty Images

Komlekso-de-Alemao xarabalıqları

Polis üzərində güllə deşikləri olan, divarda çəkilmiş Braziliya bayrağının önündə. 28 noyabrda Rio-de-Janeyro-da narkotik alverçilərinə qarşı Komlekso-de-Alemao xarabalıqlarında keçirilmiş əməliyyat. AP Photo/Felipe Dana

Tələbə qız

Fransada pensiya reformlarına qarşı mitinqlərdə iştirak edən tələbə qız. 14 oktyabr, Paris. AP Photo/Francois Mori

Vestminster körpüsü

Polisin xüsusi hücum qrupu Vestminster körpüsünün üzərində. Həmin vaxt 9 dekabr Londonda təhsil haqlarının artırılmasına qarşı tələbələrin aksiyası keçirilirdi. Bütün bu protestlərə baxmayaraq təhsil haqqı haqqında qanun qəbul edildi. Oli Scarff/Getty Images

Fərid Əhmədov

Azərbaycanın “İgidliyə görə” medalı ilə təltif olunmuş qəhrəman oğlu Fərid Əhmədov.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

Mübariz İbrahimov

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov qəhrəmancasına həlak oldu.

Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here