StatCounter saytının yayımladığı statistikada Azərbaycanda İnternet Explorer istifadəçilərinin azalması müşahidə olunur. Bu da Google-un məhsulu olan Chrome istifadəçilərinin artması ilə əlaqələndirilir. Ən çox istifadə olunan ikinci veb-səyahətçi Opera-dır, 3-cü yerdə isə Mozilla FireFox gəlir.
Dünyada ən çox istifadə olunan brauzerlər siyahısında lider və ikinci yerin sahibi: İnternet Explorer və Mozilla Firefox-dur.
Avropada ən çox istifadə olunan brauzerlər siyahısında lider və ikinci yerin sahibi: Mozilla FireFox və İnternet Explorer-dir.
Rusiyada ən çox istifadə olunan brauzerlər siyahısında lider və ikinci yerin sahibi: Mozilla FireFox və Opera-dır.
Artıq brauzerinizi dəyişməyin vaxtıdır. Siz də İnternet Explorer-dən daha sürətli və təhlükəsiz olan digər veb-səyahətçilərdən istifadə edin.
Azərbaycan üçün istifadə olunan veb-səyahətçilərin qrafikasına ətraflı baxın: