Charlie Chaplin-in filmində mobil telefonlu insan (video)

1
636
Charli Chaplin telefonlu insan

1928-ci ildə insan mobil telefonu xatırladan aparatdan istifadə edə bilərdimi? Çarli Çaplinin “Çirk” adlı filminin premyerasına çəkilmiş sənədli filmdə  arxa plandan keçən insanın telefonla danışdığı açıq-aşkar görsənir.

Bu həqiqətən də 1928-ci ildə çəkilmiş kinoxronikadır və Çarli Çaplinin “Çirk” adlı kolleksion çapına daxildir. Belfast-dan (Şimali İrlandiya) olan rejissor Corc Klark bu anaxronizmi aşkara çıxartmış və insanlarla paylaşmışdır. Və heç kim bunun nə olduğunu və ya necə olduğunu izah edə bilmir. “Yeganə məntiqi izah – kimsə zaman maşını yaratmış və 20-ci illərə səyahət etmişdir. ” – deyə Klark bildirir. Belə texnologiya 20-ci illərdə kəşf edilməmişdi.

New-York Daily News qəzetinin yazdığına görə bu köhnə şəkillərdə və kinolentlərdə aşkar olunmuş yeganə “gələcəkdən olan”  bir şey deyil. Hələ də 40-cı illərdə çəkilmiş şəkilin sirri açılmayıb. Bu şəkildə digər həmin dövrün dəbində geyinmiş insanlarla birlikdə bir insan var. Bu insan XXI əsrə xas olan qısaqollu maykada və eynəkdədir.

XXI əsr insanı

Şəkildəki kimdir? Bu şəkildəki hadisə 1941-ci ildə South Fork Bridge-də körpü açılışında çəkilib. Yığışan insanlar arasında cavan oğlan dayanıb. Onun saç düzümü, portativ fotokamerası və XXI əsr modeli olan eynəkləri onun heç də həmin dövrün insanı olmadığını sübut edir. Yəni 70 il öncə belə bir dəb Kanada da yox idi. Bu şəkil ekspertlər tərəfindən analiz olunub və heç bir Photoshop izi aşkar olunmayıb. Yəni bu şəkil və şəkildəki cavan oğlan tam həqiqidir. Bəs sizcə bu necə mümkündür??

1 ŞƏRH

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here