Dünyanın 5 ən əlçatmaz yerləri

0
801

Sizlərə dünyanın ən çox qorunan obyektlərinə nəzər salmağı təklif edirik. Bu yerlərə yaxınlaşmaq qeyri-mümkündür və bu yerləri yalnız şəkillərdə görmək olar.

1. Son taxıl anbarı

Son taxıl anbarı
Son taxıl anbarı

Bu tikili uzaq Norveç adasında 2008-ci ildə açılmışdır. Müasir bitkilərin toxumlarını saxlamaq üçün açılmış və dərhal qapanmışdır. Məqsəd qlobal fəlakətlər zamanı – müharibə, meteor düşməsi, temperatur dəyişiklikləri və s. baş verərsə bu toxumları gələcək nəsillərə çatdırmaq mümkün olsun. Bu toxum bankında bütün dünya ərazisində yayılan kənd təsərrüfatına aid 100.000.000 toxum saxlanılır. Anbarın içində toxumlar 18 dərəcə Selsi temperaturda xüsusi möhürlənmiş konteynerlərdə saxlanılır. Toxumlar daimi donmuş vəziyyətdə olur, bundan əlavə hava on kilovatlıq kompressor ilə soyudulur. Əgər bütün dünyada elektrik enerjisi kəsilsə və anbarın öz avtonom eletrik mənbəyi də sıradan çıxsa, toxumlar donmuş halda hələ bir neçə yüz il saxlanıla bilər.

Anbarın dərinliyi 130 metrdən çoxdur və o təkcə qlobal istiləşməyə deyil, həm də 6 baldan yuxarı zəlzələ və bir-başa atom bombası zərbəsinə tab gətirə bilir.

 

2. Məxfi Mormon Kilsəsi

Məxfi Mormon Kilsəsi
Məxfi Mormon Kilsəsi

Bu kilsə qranit qayada yerləşir. Kilsənin tərəfdaşları buranı öz aralarında Vault yəni Zirzəmi adlandırırlar. Kilsə qaya massivində oyulmuş otaqlar qrupundan ibarətdir. Saxlanılan meterialların təhlükəsizliyi üçün burada temperatur və rütubətə nəzarət sistemi fəaliyyət göstərir. Çoxlu sayda yanğın, tüstü, rütubət və hərəkət sensorları, ağır ön qapı və mühafizəçilər demək olar ki kilsəyə icazəsiz girməyi və eksponatları zədələməyi mümkünsüz edir. Deyilənlərə görə burada çoxlu kitab, sənəd və digər qiymətli əşyalar saxlanılır.

 

3. Fort Knox

Fort Knox
Fort Knox

Filmlərdə bu müəsisə Fort Knox adı ilə tanınır, rəsmi olaraq isə  United States Bullion Repository (ABŞ külçə anbarı) adlanır və Fort Knox hərbi bazası yaxınlığında yerləşir. Qraqnit divarları və 22 tonluq giriş qapısı ilə tikilinin özü təhlükəsizlik və əlçatmazlıq təsəvvürü yaradır. Anbar xüsusi çətin bir konbinasiya ilə açılır, bu kombinasiyanın kodlarını müxtəlif əməkdaşlar bilir və bu da içəriyə bir nəfərin daxil olmasını qeyri-mümkün edir. Anbarın ərazisi həm də siqnalizasiya, video nəzarət sistemi, silahlı gözətçilər, xüsusi polis qrupu və helikopterlərdə snayperlər tərəfindən qorunur.

 

4. Area 51

Area 51
Area 51

Deyilənlərə görə bu ərazidə yadplantetlilərə aid texnologiyalarla işləyən tədqiqat laboratoriyaları və hərbi baza yerləşir. Area 51-in bütün ərazisi bağlıdır, onun üzərində uçuş qadağan edilib, qaydaları pozanları isə sadəcə olaraq güllələyirlər. M-16 ilə silahlanmış çoxsaylı nəzarət bölükləri xüsusi kamoflyajlı ciplərdə karaul çəkirlər. Torpağa hərəkət və vibrasiya sensorları yerləşdirilib, ərazi helikopterlərlə də qorunur. Yəni hər şey çox ciddidir.

 

5. Səddam Hüseynin Bunkeri

Səddam Hüseynin Bunkeri
Səddam Hüseynin Bunkeri

Bu bunker o qədər güclüdür ki, Amerika ordusu oranı dağıda bilmədi. Yeraltı istehkamları məhv etmək üçün atılmış ikitonluq aviabombalar sadəcə olaraq bunkerə “cızıq” atdılar. Üzərindəki torpaq qatını tam olaraq məhv etsələr də, daxili istehkamlara heç nə olmamışdı. Hesablanmışdır ki, bunker hətta atom bombası partlamasına da tab gətirə bilərdi. Maraqlısı odur ki, bu yeraltı bunkeri hazırlayanlardan biri, Adolf Hitlerin bunkerini hazırlayan qadınlardan birinin nəvəsidir. Bunkerin öz elektrostansiyası var, həmçinin su təminatı, hava təmizlənməsi sistemləri, çoxlu sayda quru və dondurulmuş qida burada bir neçə il rahat yaşamağa imkan yaradırdı. Bütün konstruksiya 30 metrdən bir neçə yüz metrə qədər dərinlikdə, bomba və zəlzələ vibrasiyasını azaltmaq üçün xüsusi volfram oxlar və giqant purjinlər üzərində yerləşir.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN