İngiltərədə düzənlikdə balina tapılıb

0
783
İngiltərədə düzənlikdə balina tapılıb
İngiltərədə düzənlikdə balina tapılıb

İngiltərədə inanılmaz hadisələr baş verir. Yorkşir qraflığında, düzənliyin ortasında balina tapılıb. Okean dərinliklərində yaşayan bu nəhəng heyvanın İngiltərədəki düzənliyə necə deşməsini heç kim izah edə bilmir.

Bu ölü balina İngiltərə sahillərində rast gəlinmir. Onu da nəzərinizə çatdıraq ki, bu hadisə bu il baş verən ikinci belə hadisədir. 10 avqustda Nyu-Hempşir meşələrinin birində ölü akula tapılmışdı. Onun okeandan 50 mil aralıda meşəyə necə düşməsini hələ də anlaya bilmirlər.

İngiltərə çöllərdəki dairələrlə məşhur idi, indi isə düzənliklərdəki okean heyvanları ilə məşhurlaşıb. Meşədəki akulanı kiminsə zarafatı kimi qəbul etmək olardı, lakin bu 5 tonluq balinanın ora necə düşməsinin izahı isə qeyri-mümkündür.

ŞƏRH YOXDUR

FİKRİNİZİ BİLDİRİN