Polşadan 4-ayaqlı ördək

0
803
Polşadan 4-ayaqlı ördək
Polşadan 4-ayaqlı ördək

Nəsillickə fermer olan Kşiştov Makles (Krzystof Makles), uzun müddətdir ki ördəkçiliklə məşğul olur. Bir dəfə inkubatorda balaca ördəklərin arasıda gəzərkən o bu 4-ayaqlı çirkin ördəyi görür.

Kvaki (Quacky) adı verilən bu ördəyin yaşamasına sahibi əmin deyildi, amma ördək digər normal qardaşları kimi yeyir və böyüyür. Arxadakı iki ayağı isə ona heç bir maneçilik törətmir.

Ördəyin dünyaya gəldiyi Swiecie kəndində hamı bu ördəyi çox istiyir. Ördək isə sahibinin ona göstərdiyi böyük diqqəti sanki anlayırmış kimi hər yerdə onun dalınca gedir.

Ördəyi almaq istəyən qəssablar da az deyil. Lakin ördəyin sahibi onu kiminsə axşam yeməyi kimi təsəvvür etmədiyini bildirib və ördəyi satmayıb.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here