Psixologiyadan maraqlı faktlar

0
1171

elm1. Biz əksər hallarda uşaqlıqdan həll olunmayan problemlərimiz olan valideyinlərimizə oxşayan insanlara vuruluruq. Bunların fərqinə varmadan böyüdükdən sonra o problemləri sevdiyimizlə həll etməyə çalışırıq.

2. Müsbət hadisələr belə, məsələn, universiteti bitirmək, evlənmək və ya yeni iş tapmaq insanı depressiyaya sala bilər.

3. Siqaretin zərəli olması ilə bağlı bir başa valideyn övlad söhbəti hamı fikirləşdiyi kimi böyük effekt göstərmir. Adətən, siqaret çəkməyə başlayan yeniyetmələrin özlərini böyüklərə oxşadıb siqaret təklif edən dostları olur.

4. Psixologiyada belə bir prinsip var: hər hansısa bir hadisənin baş verməsini səbirsizliklə gözləyirsinizsə onda həmin hadisənin baş verməməsi ehtimalı artır. Çox gözləyirsən – az baş verir, az gözləyirsən – çox baş verir.

5. İnsanların çoxu tanımadıqları yerdə sağa dönürlər. Bu faktı bilmək xeyirlidir: əgər haradasa sırada çox dayanmaq istəmirsinizsə – solda olanı seçin və sol sırada özünüzə yer tutun.

6. Qıza deyin ki, ona hədiyyə almısınız və ondan bunun hansı hədiyyə olduğunu tapmasını istəyin. O istədiyi hədiyyələrin adlarını sizə sayacaq))

7. Əgər yuxuda kabus çox görürsünüzsə ola bilər ki sizə yuxuda soyuq olur. Elmi fakt:  yataq otağında nə qədər soyuq olarsa kabus görmək şansı bir o qədər çoxalır.

8. Ekspertlərin müşahidələrinə görə, mavi gözlü insanlar bir-neçə dəqiqəyə sevə bilərlər, qəhvəyi gözlü insanlar isə eyni anda iki insanı sevə bilərlər. Yaşıl gözlərlə hər şey başqa cürdür. Yaşıl gözlü insanların sevməsi üçün uzun müddət tələb olunur, bəzən buna illər lazım olur. Digər rəngli gözü olan insanlar isə cəmi bir saata sevə bilərlər.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here