Sony şirkətinin AİBO robotunun istehsalını dayandırmasından 7 il keçir. Proyektin inkişafı dayandırıldı amma onun yerinə daha maraqlı modellər gəldi. Bunlardan biri də itəoxşayan robot Spin Master Zoomer-dir. Öz hərəkətləri ilə o canlı heyvana bənzəyir.
Robotun bacarıqları olduqca çoxdur. O ayaqlarının sonuna quraşdırılmış təkərlər üzərində hərəkət edir. Maraqlısı isə bu təkərlərin onu daha çox canlı itə bənzətməsidir. Mühəndislər robota bir neçə emosiya bildirməyi öyrədiblər. Buna görə Zoomer-in gözlərində sadə işıqdioudlu ekran yerləşdirilib. Yəni əgər robota “öl” əmri versəniz, it yerə yıxılacaq və gözlərində yerləşən ekranlarda simvolik iks işarəsi yanacaqdır.
Ətrafdakı obyektləri seçmək üçün Zoomer-ə kamera komplekti yerləşdirilib. Onların köməyi ilə robot ətrafdakı obyektləri seçə bilir və onlarla ünsiyyətə girə bilir, məsələn, topla oynamaq. Akkumulyatorun tam dolması robota 20-40 dəqiqə fasiləsiz hərəkət imkanı yaradır. Robotun qiyməti isə elə də baha deyil, hətta ucuzdur. Satışa bu ilin avqust ayında buraxılacaq, qiyməti isə cəmi 100 dollar olacaqdır.