Tapılmış baltanın 20 milyon il yaşı var

0
399
20 milyon il yaşı olan balta
20 milyon il yaşı olan balta

Rumıniyada, Ayuda şəhərindən 2 km aralıda, Murış çayı sahilində yerləşən qum karyerində, 10 m dərinlikdə işçilər bir neçə qəribə əşya tapıblar. 2 tapıntıda sümük fraqmentləri tanınıb. Digər bir tapıntı isə öz görünüşü və çəkisinə görə daş baltaya bənzəyirdi…

Arxeoloji muzeyin əməkdaşları müəyyən ediblər ki, tapılan sümüklər mastodontun sümük və dişləridir. Mostodont müasir fillərin əcdadıdır. Bu nəhəng heyvanlar Yer üzündə 20 milyon il əvvəl yaşayıblar.

Digər tapıntı isə doğurdan da baltaya bənzəyir ama daş yox metal balta. Uzunluğu 20 sm-dən çox, üzərində müxtəlif diametrli 2 deşik də var. Hər iki deşiyin kənarlarının deformasiya olması ora nəyinsə keçirildiyini sübut edir. Baltanın üzərində zərbə izləri də mövcuddur.

Bu balta sadə iş üçün nəzərdə tutulmamışdı. Yəni bu dəmir parçası, böyük bir mexanizmin bir parçaı ola bilər. Amma mostodontların dövründə belə bir mexanizm necə mövcud olub?

Baltanın spektral analizi nəticəsində məlum olub ki,  bu qədim alət çox çətin metal qarışığından ibarətdir, tərkibində 12 element var və 89% alyuminiumdan ibarətdir. Alyuminium təbiətdə yalnız birləşmələr halında mövcuddur. Onu ayırmaq üçün 950 dərəcədən çox tempratur lazımdır. Bütün bunlardan əlavə axı alyuminium yalnız 1825-ci ildə kəşf edilib.

Alətin təyinatı hələ də sirr olaraq qalır. Hələ də bilinmir ki, tarix öncəsi vaxtlarda kim alyuminiumu əridə bilib, və belə bir alət düzəldib.

Çox güman ki, bu alətin təyinatı həmişə sirr olaraq qalacaq.

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here