Yaponlar haqqında bilmədiklərimiz [maraqlı]

0
987
yaponiya
– Bilirdinizmi Yapon uşaqlar müəllimləri ilə birgə hər gün on beş dəqiqə öz məktəblərini təmizləyirlər və bu, təvəzökar, təmizlik düşkünü olan Yapon nəslinin yaranmasına səbəb oldu.

– Bilirdinizmi iti olan istənilən Yapon vətəndaşı özü ilə itinin nəcisini toplamaq üçün xüsusi çantalar daşımalıdır. Gigiyena və təmizlik istəyi Yapon etikasının bir hissəsidir.
– Bilirdinizmi Yaponiyada gigiyena işçisi Sağlamlıq Mühəndisi adlanır, hər ay 5000 USD (Amerika dollar)’dən 8000 USD’yədək maaş alır və həm yazılı, həm də şifahi testlər yazmaq məcburiyyətində olur.
– Bilirdinizmi Yaponiyanın heç təbii resursları yoxdur və ildə yüz dəfə zəlzələlərə məruz qalır, lakin dünyada ikinci ən böyük iqtisadiyyata malik ölkə statusunu itirmir.
– Bilirdinizmi atom bombasının atılmasından yalnız on il sonra Hiroşima öz iqtisadi qüdrətini bərpa etdi.
– Bilirdinizmi Yaponiya qatarlarda, restoranlarda və qapalı məkanlarda mobil telefondan istifadənin qarşısını alır.
– Bilirdinizmi Yaponiyada uşaqlar ibtidai məktəbin birinci sinfindən altıncı sinfinədək insanlarla münasibətdə etik davranış qaydalarını öyrənmək məcburiyətindədirlər.
– Bilirdinizmi baxmayaraq Yaponlar dünyanın ən zəngin millətlərindən biridir, lakin onların evdə xidmətçiləri yoxdur. Valideynlər özləri evlərinə və uşaqlarına xidmət edib, məsuliyyət daşıyırlar.
– Bilirdinizmi Yaponiyada ibtidai təhsilin birinci ilindən üçüncü ilinədək imtahan yoxdur; çünki onların təhsilin məqsədi zorla öyrətmə, yoxlama yox, qavramları aşılamaq və şəxsiyyəti formalaşdırmaqdır.
– Bilirdinizmi Yaponiyada əgər restoranın bufetinə getsəniz, orada insanların israf etmədən ehtiyac duyduqları qədər yemək yediyini gorəcəksiniz. İsraf edilmiş qida yoxdur.
– Bilirdinizmi Yaponiyada qatarların gecikmə müddəti il ərzində yeddi saniyədir. Onlar vaxtin dəyərini bilirlər, dəqiqələrə və saniyələrədək dəqiqdirlər.
– Bilirdinizmi Yapon uşaqları məktəbdə yeməkdən sonra dişlərini fırçalayır və təmizləyirlər; Onlar erkən yaşlardan sağlamlıqlarının qayğısına qalırlar.
– Bilirdinizmi Yapon tələbələr qidanın həzmə getməsi üçün qida qəbuluna yarım saat vaxt sərf edirlər. Bu məsələ barədə sual soruşulduqda isə onlar: Bu tələbələr Yaponiyanın gələcəyidir deyirlər.

Tərcümə etdi: Səkinə Ağalarova

FİKRİNİZİ BİLDİRİN

Please enter your comment!
Please enter your name here